İŞİD-in lideri mühafizəçiləri ilə birlikdə məhv edildi – SON DƏQİQƏ

Türkiyə ordusu Suriyanın şimalında həyata keçirdiyi “Fərat Qalxanı” əməliyyatında İŞİD terror qruplaşmasına ağır zərbə vurub.

Türkiyə ordusu Suriyanın şimalında həyata keçirdiyi "Fərat Qalxanı" əməliyyatında İŞİD terror qruplaşmasına ağır zərbə vurub.  Bölgədəki etibarlı mənbələrdən əldə edilən məlumatlara görə, İŞİD-in "əmir"lərindən olan Əbu Hüseyn Tunisi öldürülüb. Bildirilir ki, Əbu Hüseyn Tunisi dünən həyata keçirilən hava əməliyyatında içində olduğu avtomobil və mühafizəçiləri ilə birlikdə məhv edilib. Tunisinin İŞİD-in liderlərindən biri olduğu və "əmir" olaraq Əl Baba göndərildiyi deyilir. Bu barədə Publika.az Türkiyə mediasına istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31