"Sanksiyalar bizə təsir etməyəcək"
Rusiya prezidentinin internetin inkişafı məsələləri üzrə müşaviri German Klimenko bəyan edib ki, ABŞ-ın Rusiya əleyhinə yeni sanksiyaları kibertəhlükəsizlik üzrə ölkələr arasında münasibətlərə təsir etməyəcək. Onun sözlərinə görə, bu sahədə münasibətlər aşağı səviyyədədir. "ABŞ və Rusiya arasında kibertəhlükəsizlik sahəsində əməkdaşlığın onsuz da aşağı səviyyədə olduğunu nəzərə alsaq, demək olar ki, yeni sanksiyalar bu sektorda heç nəyi pisləşdirə bilməz", - deyə Klimenko vurğulayıb. Bu barədə azvision.az RNS-ə istinadən xəbər verir.
30 Dekabr 2016 13:29 DünyaRusiya prezidentinin internetin inkişafı məsələləri üzrə müşaviri German Klimenko bəyan edib ki, ABŞ-ın Rusiya əleyhinə yeni sanksiyaları kibertəhlükəsizlik üzrə ölkələr arasında münasibətlərə təsir etməyəcək. Onun sözlərinə görə, bu sahədə münasibətlər aşağı səviyyədədir. "ABŞ və Rusiya arasında kibertəhlükəsizlik sahəsində əməkdaşlığın onsuz da aşağı səviyyədə olduğunu nəzərə alsaq, demək olar ki, yeni sanksiyalar bu sektorda heç nəyi pisləşdirə bilməz", - deyə Klimenko vurğulayıb. Bu barədə azvision.az RNS-ə istinadən xəbər verir.