Ehtiyac meyarı yaşayış minimumu həddinə çatdırılmalıdır

Azərbaycanda əhalinin sosial müdafiəsinin təminatı daim diqqət mərkəzində olub. Dünya ölkələrində iqtisadi geriləmənin baş verməsi, neftin qiymətinin kəskin şəkildə aşağı düşməsinə baxmayaraq ölkəmizdə sosial layihələrin həyata keçirilməsi davam etdirilib. Növbəti ildə də Azərbaycanda sosialyönümlü proqramların icrası nəzərdə tutulur. O da faktdır ki, dünyada davam edən maliyyə böhranının ölkəmizə təsirinin minimuma endirilməsi istiqamətində tədbirlər planı davam etdirilir. Məhz bu tədbirlərin tərkib hissəsi olaraq gələn ilin dövlət büdcəsinin qəbulu zamanı yaşayış minimumu və ehtiyac meyarına yenidən baxıldı. Nəhayət Azərbaycan Respublikasının Prezidenti sərəncamı ilə yaşayış minimumu və ehtiyac meyarı artırıldı.

Əks halda, sosial yardımların təyin edilməsində əngəllər yaranacaq 

Azərbaycanda əhalinin sosial müdafiəsinin təminatı daim diqqət mərkəzində olub. Dünya ölkələrində iqtisadi geriləmənin baş verməsi, neftin qiymətinin kəskin şəkildə aşağı düşməsinə baxmayaraq ölkəmizdə sosial layihələrin həyata keçirilməsi davam etdirilib. Növbəti ildə də Azərbaycanda sosialyönümlü proqramların icrası nəzərdə tutulur. O da faktdır ki, dünyada davam edən maliyyə böhranının ölkəmizə təsirinin minimuma endirilməsi istiqamətində tədbirlər planı davam etdirilir. Məhz bu tədbirlərin tərkib hissəsi olaraq gələn ilin dövlət büdcəsinin qəbulu zamanı yaşayış minimumu və ehtiyac meyarına yenidən baxıldı. Nəhayət Azərbaycan Respublikasının Prezidenti sərəncamı ilə yaşayış minimumu və ehtiyac meyarı artırıldı. Belə ki, 2017-ci il üçün yaşayış minimumu ölkə üzrə 155 manat, əmək qabiliyyətli əhali üçün 164,5 manat, pensiyaçılar üçün 130,2 manat, uşaqlar üçün 136,6 manat məbləğində müəyyən edilib. Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2017-ci il üçün ehtiyac meyarının həddi 116 manat məbləğində təsdiq edilib. Qeyd edək ki, mövcüd qanuna görə, minumum əmək haqqı 105, yaşayış minumumu 136 manatdır, ehiyac meyarı isə 105 manat təşkil edir. Yanvarın 1-dən qüvvəyə minəcək yeni qanundan sonra isə ehiyac meyarı ilə yaşayış minimumu arasında arasında 31 manatlıq fərq yaranacaq. Ekspertlərin fikirncə, ehtiyac meyarının yaşayış minimumundan aşağı olması sosial yardımların təyin edilməsində əngəllər yaradacaq. Ekspertlər hesab edirlər ki, indiyədək ünvanlı sosial yardımın hesablanması üçün nəzərdə tutulan gəlirlər bu iki göstərici əsasında hesablanırdı. İndi yaşayış minimumun 155 manat, ehtiyac meyarının isə 116 manat olması aztəmantlı ailələrin yadım almasının qarşısını alan amilə çevirə bilər. Nəzərə almaq lazımdır ki, yalnız işsiz ailələr bu yardımdan yararlana biləcək. Odur ki, mütəxəssislər hesab edirlər ki, aztəminatlı ailələrin sosial müdafiəsini təmin etməkdən ötrü müvafiq qanunlarda dəyişikliyin edilməsinə ehtiyac var. 
İqtisadçı ekspert Samir Əliyev bildirib ki, yaşayış minimumunun 155 AZN, minimum əmək haqqının isə 105 AZN olması iqtisadi qanunvericiliyə uyğun deyil: "Minimum əmək haqqı yaşayış minimumu həddində olmalıdır. Qanunvericilikdə də göstərilir ki, ölkə üzrə təsdiq edilmiş yaşayış minimumu əmək haqqının minimum məbləğinin, pensiyaların baza hissəsinin, müavinətlərin, təqaüdlərin, digər ödənişlərin və ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə ehtiyac meyarının müəyyən edilməsinin əsasını təşkil edir. Azərbaycan Respublikasında minimum əmək haqqı və pensiyaların baza hissəsi, ehtiyac meyarının həddi mərhələlərlə ölkə üzrə yaşayış minimumu səviyyəsinə yüksəldilir". Digər iqtisadçı-ekspert Qalib Toğrulun fikrincə, ehtiyac meyarının 11 manat artırılması yetərli deyil. Bu həddin az olması gələn il yoxsul ailələrin sayının artmasına gətirib çıxara bilər: "Nəzərə alsaq ki, böhrandan sonra insanların alıcılıq qabiliyyəti kəskin şəkildə aşağı düşüb, əhalinin gəlirlərinin böyük bir hissəsi inflyasiyanın yeminə çevrilib və aztəminatlı ailələr adambaşına ehtiyac meyarı ilə gəlirlərinin fərqindən yaranan hissəsini sosial yardım kimi alırlar, o zaman 11 manatlıq artımın yetərli olmadığını görərik". Sosial ekspert Mirzə Manafov bildirib ki, yaşayış minimumu 136 manatdan 155 manata, ehtiyac meyarı isə 105 manatdan 116 manata qaldlrıldı: "Məsələ orasındadır ki, ehtuyac meyarı ünvanlı sosial yardımın verilməsində borometr rolu oynadığına görə bu meyarın həddinin nə qədər artırılacağı maraq doğururdu. Çünki Tarif Şurasının enerji daşıyıcılarının qiymət artımı ilə bağlı qərarının ağır nəticələri sosial cəhətdən həssas qruplara, xüsusən əlillərə, işsiz və aztəminatlı ailələrə təsirləri gözlənilən idi. Ancaq, dövlət başçısının müdaxiləsi ilə məsələni tənzimləmək mümkün oldu". M. Manafov bildirib ki, hal-hazırda aztəminatlı ailələrə verilən Ünvanlı Dövlət Sosial Yardım Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydalarla tənzimlənir. Bu normativ akt Unvanlı Dölət Sosial Yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina olunması şərtlərinin müəyyən edir. Qaydaların 3.7.6 bəndinə əsasən ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 10 faizindən yuxarı olduqda həmin şəxslər sosial yardım almaq hüququnun itirirlər. Ölkə üzrə yaşayış minimumun 155 manata və ehtiyac meyarının 116 manata qaldırılması ilk baxışdan ümidverici görünsə də, kommunal və rabitə xidmətlərinə qoyulan 10 faizlik baryer kasıbların bu ümidlərin kökünə balta vurur, şanslarını dəfələrlə aşağı salırdı: "Sadə dildə desək, ünvanlı yardım almaq üçün "Vemtas" proqramına daxil olmuş 3 nəfərlik ailənin istifadə etdiyi qaz, elektrik su, komryuter, ev və mobil telefon danışıqlarının ümumlikdə 1 aylıq xərci 46 manatı, 4 nəfərlik ailənin xərci isə 62 manatı keçməməlidir: "Bu isə o deməkdir ki, sosial sahədə əldə olunan uğurlar barədə aidiyyati quqrumların nə danışmasından asılı olmayaraq, qətiyyətlə demək mümkündür ki, 2017ci il üçün sosial yardım alan vətəndaşların sayında artım nəinki olmayacaq, bu say kəskin şəkildə aşağı düşəcək və hətta möcud standartlar daxilində kasıb ailə axtarıb tapmaqda çətinlik yaradacaq".

Nurlan 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31