Nizami Kino Mərkəzində qala-gecə keçirildi
30 Dekabr 2016 14:01 MədəniyyətÖtən gün Nizami Kino Mərkəzində "Naxox" filminin qala - gecəsi keçirilidi. Gecədə məhşur simalar, media və blogerlər iştirak ediblər.
Filmin baş prodüseri Orxan Mərdan qeyd edib ki, film müasir kinomuzun həm gülüş, həm də keyfiyyət baxımından öndə gedənlərindən olacaq.
Komediya janrında çəkilən film Distribution International-ın dəstəyi ilə çəkilib. Filmi izləmək istəyənlər 29 dekabrdan ölkənin bütün kino teatrlarında izləyə bilərlər. Filmdə əsas rolları Elməddin Cəfərov, Fərda Amin, Ağaxan Salmanlı, Abbas Qəhrəmanov, Fidan Axundova, Rüfət Nəzərli, Nigar İbrahimova oynayıblar.
Filmdə Emiliya ilə ailə həyatı qurub xoşbəxt yaşayan Rəftar ata olmağa hazırlaşır. Bir səhər ağrıları başlayan Emiliyanı xəstəxanaya yerləşdirdikdən sonar xəstəxana xərclərini ödəmək üçün pul axtarmağa başlayır.İlk olaraq da yaxın dostu, illərdi görmədiyi Qəhrəmanın yanına getməyə qərar verir. Qəhrəman isəNüşabədən sonar onun eşqindən tərki-dünya olaraq yaşayır. Beləliklə, Rəftar və Qəhrəman illər sonar görüşürlər və məlum olur ki, hər iki qəhrəmanımızın problemləri var. Hər ikisinə də təcili iş lazımdı. Rəftar və Qəhrəman əllərinə düşən ilk iş təklifini dəyərləndirərək Ağsaqqal kişiyə dayə düzəlməyi qərar verirlər. Sözdinləməz nadinc Ağsaqqal kişi ilə yaşamaq, ona qulluq etmək elə də asan olmur. Və günlərin bir günü Ağsaqqal təsadüfən dünyasını dəyişir.Təbii ki, bunu heç kimə demək olmaz, çünki hamı onlardan şübhələnəcək. Məhz buna görə bizim iki qorxaq qəhrəmanımız vəziyyətdən çıxış yolunu Ağsaqqalın ruhunu çağırmaqda görürlər. Gözlənilmədən ruh gəlir. Rəftar və Qəhrəman bir tərəfdə Ağsaqqalın cəsədi, bir tərəfdədə onun ruhu ilə baş-başa qalırlar. Beləliklə, gülməli hadisələr başlayır.