Atatürk Liseyində Həmrəylik Günü qeyd edilib
Türk Dünyası Araşdırmalar Vəqfi Bakı Atatürk Liseyində 31 dekbar-Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd edilib. “OLAYLAR”-ın xəbərinə görə, təhsil ocağının müəllim və şagird heyətinin iştirak etdiyi mərasimi giriş sözü ilə açan liseyin direktoru Musa Ediz kollektivi bayram münasibətilə təbrik edib. O, günümüzdə həmrəyliyin, birlik və bərabərliyin vacib olduğunu vurğulayıb.
30 Dekabr 2016 15:01 SosialTürk Dünyası Araşdırmalar Vəqfi Bakı Atatürk Liseyində 31 dekbar-Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd edilib. "OLAYLAR"-ın xəbərinə görə, təhsil ocağının müəllim və şagird heyətinin iştirak etdiyi mərasimi giriş sözü ilə açan liseyin direktoru Musa Ediz kollektivi bayram münasibətilə təbrik edib. O, günümüzdə həmrəyliyin, birlik və bərabərliyin vacib olduğunu vurğulayıb. Liseyin direktoru qeyd edib ki, bu gün dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar və türklər də Azərbaycan və Türkiyənin maraqları naminə hər zaman həmrəylik nümayiş etdirirlər. Daha sonra çıxış edən liseyin tarix müəllimi Elmar Həsənov 31 dekabr-Dünya Azərbaycanlılarının Hərməylik Gününün tarixi əhəmiyyəti, belə bir günün təsis edilməsinin zəruriliyi, onu doğuran tarixi zərurət barədə fikirlərini bölüşüb. Çıxşlardan sonra liseyin şagirdlərinin ifasında bayram gününə həsr edilmiş şerlər səsləndirilib, mahnılar ifa edilib.