Vergilər Məcəlləsi dəyişdirildi

Milli Məclisin plenar iclasında “Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi müzakirə olunub. “Olaylar” xəbər verir ki, dəyişikliklərlə bağlı Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə qanuna məlumat verib.

Milli Məclisin plenar iclasında "Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanun layihəsi müzakirə olunub. "Olaylar" xəbər verir ki, dəyişikliklərlə bağlı Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə qanuna məlumat verib. Bildirib ki, Vergi Məcəlləsinin 221.4.3-cü maddəsində hər iki halda "icarə müqaviləsi" sözləri "icarə və ya digər əşya hüquqlarına dair müqavilə" sözləri ilə əvəz edilməsi təklif edilir. Bununla da, vəkalətnamə (etibarnamə) və icarə müqaviləsi ilə yanaşı, digər əşya hüquqlarına dair müqavilə əsasında istifadə edilən avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımaları həyata keçirildikdə sadələşdirilmiş verginin ödənilməsinə nəqliyyat vasitəsini vəkalətnamə (etibarnamə) və ya icarə müqaviləsi ilə idarə edən şəxslər məsuliyyət daşıyırlar. Bütün digər hallarda sadələşdirilmiş verginin ödənilməsinə avtomobil nəqliyyatı vasitəsinin sahibi məsuliyyət daşıyır. Layihə səsə qoyularaq qəbul edilib.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31