Almaniyada qızıl qalmaqalı
Alman Mərkəzi Bankının (Bundesbank) sədri Yens Vedmann ölkənin xaricdə (ABŞ) olan qızıl ehtiyyatlarının böyük bir hissəsini geri gətirildiyini bəyan edib. Beynəlxalq maliyyə ekspertlərinin rəyinə görə bu addımın sadə alman vətəndaşarını sakitləşdirmək üçün atılıb. 2012 – ci ildə maliyyə dairələrində belə bir şayə ortaya atılmışdı ki, dünyada ABŞ- dan sonra ikinci ən çox 3.381 ton olan ən böyük qızıl ehtiyyatına sahib Almaniya bu ehtiyyatların böyük hissəsəini 2000 ton həcmində olanı itirib. Qısaca Nyu York, London və Parisdə saxlanılan qızıl ehtiyyatının bir hissəsi yox olub, satılıb, əridilib ,itirilib.
30 Dekabr 2016 15:10 DünyaAlman Mərkəzi Bankının (Bundesbank) sədri Yens Vedmann ölkənin xaricdə (ABŞ) olan qızıl ehtiyyatlarının böyük bir hissəsini geri gətirildiyini bəyan edib. Beynəlxalq maliyyə ekspertlərinin rəyinə görə bu addımın sadə alman vətəndaşarını sakitləşdirmək üçün atılıb. 2012 - ci ildə maliyyə dairələrində belə bir şayə ortaya atılmışdı ki, dünyada ABŞ- dan sonra ikinci ən çox 3.381 ton olan ən böyük qızıl ehtiyyatına sahib Almaniya bu ehtiyyatların böyük hissəsəini 2000 ton həcmində olanı itirib. Qısaca Nyu York, London və Parisdə saxlanılan qızıl ehtiyyatının bir hissəsi yox olub, satılıb, əridilib ,itirilib.
Hadisəni araşdırmaq üçün dövlət Rechnungshof (maliyə -plan komitəsi) təşkilatı tərəfindən komissiya yaradılıb .Komitə ölkənin xaricində saxlanan qızıl ehtiyyatlarının saxlanması mövzusunda yeni plan qurulmasını məsləhət görüb. Bundesbank isə 2020- ci ilə qədər ABŞ və Fransadan ölkəyə 700 ton qızılın geri qaytarılmasına təminat verib. Ancaq 2013- cü ilin dekabırına qədər ölkəyə sadəcə 37 ton qızıl gətrilib. Bu isə yeni gərginliyin meydana gəlməsinə səbəb oldu. Qalmaqallardan sonar ölkəyə 470 ton qızıl daha gətrilib. Qızılın yenidən satıldığı, oğurlandığı , itirlidiyi haqqında söz-söhbət yayılmağa başlayıb.
Ötən axşam isə Yenis Veydmann ölkədə Frankfurt xəzinəsində hal hazırda 1600 ton qızıl ehtiyyatının olduğunu bəyan edib. Bu isə qalan 1700 ton qızılın aqibəti ilə əlaqədar yeni sualların və şaiələrin meydana gəlməsinə səbəb olub. Bundesbank isə 2020 - ci ilə qədər qızılın tamamının ölkəyə gətirliəcəyini bəyan edib. Hal hazırda cəmiyyətdə və Bundestaqda qalan qızıl ehtiyyatının harada və hansı həcimdə saxlanıldığı ilə əlaqədar hesabat tələb edilir.
Qeyd edək ki, xəbəri "Olaylar" - ın Türkiyə bürosu yayıb.