Əcnəbi qaçqınlara xüsusi vəsiqə veriləcək
Azərbaycanda qaçqın statusu alan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə xüsusi vəsiqələr veriləcək. “Olaylar” xəbər verir ki, bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanunun 3-cü (Yaşayış yerinin müəyyən edilməsi barədə sənədlər) maddəsinə yeni 5-ci bəndin əlavə edilməsi müzakirə olunub.Təklif olunan bəndə əsasən, Azərbaycanda qaçqın statusu almış əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barəsində - qaçqın vəsiqəsi müəyyənləşdiriləcək. Bu kateqoriyadan olan insanlara yaşayış yeri üzrə qeydiyyatı göstərən yeni sənəd növü - qaçqın vəsiqəsi veriləcək. Layihə səsə qoyularaq qəbul olunub.
30 Dekabr 2016 14:50 SosialAzərbaycanda qaçqın statusu alan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə xüsusi vəsiqələr veriləcək. "Olaylar" xəbər verir ki, bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" qanunun 3-cü (Yaşayış yerinin müəyyən edilməsi barədə sənədlər) maddəsinə yeni 5-ci bəndin əlavə edilməsi müzakirə olunub.Təklif olunan bəndə əsasən, Azərbaycanda qaçqın statusu almış əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barəsində - qaçqın vəsiqəsi müəyyənləşdiriləcək. Bu kateqoriyadan olan insanlara yaşayış yeri üzrə qeydiyyatı göstərən yeni sənəd növü - qaçqın vəsiqəsi veriləcək. Layihə səsə qoyularaq qəbul olunub.