Lavrovdan SƏRT SÖZLƏR: “Rusiya ABŞ-a...”

Rusiya ABŞ-ın yeni sanksiyalarını cavabsız qoymayacaq.  Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-ın Rusiyaya qarşı qəbul etdiyi yeni sanksiyaları şərh edərkən deyib. Lavrov ABŞ-dakı seçki prosesinə Rusiyanın müdaxiləsi haqqında Vaşinqtonun bəyanatlarını əsassız adlandırıb.

Qeyd edək ki, ötən gün ABŞ prezidenti Barak Obama Rusiya barəsində yeni sanksiyalar haqqında fərmanı imzalayıb. ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, sanksiyalara məruz qalan təşkilatlar arasında Federal Təhlükəsizlik Xidməti və Rusiyanın Silahlı qüvvələrinin Baş qərargahının Baş kəşfiyyat idarəsi də var. Bundan başqa, ABŞ Rusiyanın 35 diplomatını ölkə ərazisindən çıxarır. Rusiya diplomatlarının ABŞ-ı tərk etməsi üçün 72 saat vaxt verilib. Yüksək vəzifəli Amerika məmuru bildirib ki, Vaşinqtonun bu addımı Rusiya hakimiyyəti tərəfindən amerikalı diplomatların sıxışdırılmasına cavabdır. Bu barədə Publika.az "RİA-Novosti" agentliyinə istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31