Azay Quliyev: “Məhkəmələrin kreditlərlə bağlı qərarlarının 50 faizi icra edilməyib”

Milli Məclisdə müzkirəyə çıxarılan "İcra haqqında" qanuna dəyişikliyə münasibət bildirən millət vəkili Azay Quliyev icra məmurlarına səlahiyyətlərin verilməsinin mühüm olduğunu söyləyib: “Məndə olan məlumata görə, bu gün məhkəmələrin icraatında təxminən 700 min iş var. Kreditlərlə bağlı qəbul olunmuş qərarların 50%-i icra edilməyib.

Milli Məclisdə müzkirəyə çıxarılan "İcra haqqında" qanuna dəyişikliyə münasibət bildirən millət vəkili Azay Quliyev icra məmurlarına səlahiyyətlərin verilməsinin mühüm olduğunu söyləyib: "Məndə olan məlumata görə, bu gün məhkəmələrin icraatında təxminən 700 min iş var. Kreditlərlə bağlı qəbul olunmuş qərarların 50%-i icra edilməyib. Bu baxımdan icra məmurlarına səlahiyyətlərin verilməsi məqsədəuyğundur". Ardınca Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev Mülki Məcəlləyə, eləcə də İnzibati Xətalar Məcəlləsinə dəyişikliklərlə bağlı məlumat verib. Bildirib ki, İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən korporativ bazarlarda Azərbaycanda fəaliyyət göstərən kənd təsərrüfatı korporativlərinin istehsal etdiyi kənd təsərrüfatı və emal məhsullarından başqa digər məhsulların satışına, habelə kənd təsərrüfatı məhsul istehsalçısı olmayan digər şəxslərin satış etməsinə görə fiziki şəxslər yüz manat, vəzifəli şəxslər beş yüz manat, hüquqi şəxslər min manat məbləğində cərimə ediləcək. Layihələr səsə qoyularaq qəbul edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31