Gündəm

Rusiyanın peyk televiziya operatoru Azərbaycan bazarına girmək istəyir

3 Fevral 2017 16:01

Rusiyanın peyk televiziya operatoru olan “Orion Ekspress” şirkəti Azərbaycan və Ermənistan bazarına çıxmağı planlaşdırır.

Çin 6 günə turizmdən 61 milyard dollar qazanıb

3 Fevral 2017 15:59

Bahar bayramı (Çin Ay təqvimi üzrə Yeni il) günlərində Çin Xalq Respublikasının turizm sektoru ölkəyə 423 milyard yuan (61 milyard dollardan çox) gəlir gətirib.

Prezident maliyyə nazirinə təpindi: “Hamıya pul paylayırsan...”

3 Fevral 2017 15:57

Qazaxıstanın 2016-cı il ərzində sosial-iqtisadi inkişafının nəticələri üzrə ölkə hökumətinin geniş tərkibdə keçirilən iclasında ölkə prezidenti Nursultan Nazarbayev bəyan edib ki, büdcə vəsaitini düzgün istifadə edə bilməyən qurumların maliyyələşdirməsini ixtisar etmək lazımdır.

BNA: Avtobus sürücülərini 8 saat əvəzinə 15 saat işlədən daşıyıcılar var

3 Fevral 2017 15:49

"Aparılan araşdırmalar onu göstərir ki, nəqliyyat sahəsində hələ də işlər öz qaydasında getmir". Bunu daşıyıcılarla keçirilən görüşdə Bakı Nəqliyyat Agentliyinin (BNA) baş direktorunun müşaviri Mübariz Abbasov bildirib. 

Ukraynada azərbaycanlı rüşvət üstündə Milli Bankın departament direktoru ilə birlikdə saxlanılıb

3 Fevral 2017 15:48

Ukrayna Milli Bankının ödəniş sistemləri departamentinin direktoru 25 min dollar rüşvət alarkən saxlanılıb. Onunla birlikdə 3 nəfər vasitəçi qismində yaxalanıb. Onlardan biri milliyyətcə azərbaycanlıdır.   Bu barədə Azərbaycanın Ukraynadakı səfirliyinə yazılı məlumat verildiyi deyilir. 

Azərbaycan gələcəyə hesablanmış proqramlara əsaslanan iqtisadi inkişaf yolundadır

3 Fevral 2017 15:46

Regionların 2014-2018-ci illər üzrə sosial-iqtisadi inkişafının üçüncü ilinin yekunları ilə bağlı keçirilən konfransda Preziodent İlham Əliyevin geniş və məzmunlu çıxışı, qarşıda duran vəzifələr, eləcə də dövlət başçısının verdiyi tapşırıq, tövsiyyələr, onların yerinə yetirilməsi istiqamətində görülməsi vacib iolan işlərlə bağlı  millət vəkili Azər Badamovun “OLAYLAR”-a müsahibəsi.

“...Şeiriylə dolaşdı Yer kürəsini, Puşkin- Rusiyanın şair balası...”

3 Fevral 2017 15:44

“Biz Puşkinin şəxsində böyük bir dünya şairini görürük; başqaları onun şəxsində yalnız böyük bir rus şairini görürlər və (beləliklə də Rusiyanın dünya əhəmiyyətini inkar edirlər), bəziləri isə onun şəxsində yalnız əla nazim görürlər.Kim haqlı, kim müqəssirdir?Kimi edam, kimi əfv etmək lazımdır?.. Heç kəsi, hörmətli cənablar! Fikrin azad səltənətində edamlar və əfvlər olmamalıdır! Qoy hər kəs öz əqidəsini azad söyləsin, əgər bu əqidə azaddırsa, yəni şəxsiyyətlə əlaqədar deyilsə və xüsusi mənafe hissinə yaddırsa, qoy onu azad da söyləsin. Puşkin haqqında danışır və mübahisə edirlər: təkcə bunun özü göstərir ki, bu, vacib söhbətdir.

“Daha heç kim tamaşaçını aldada bilmir”

3 Fevral 2017 15:38

Muğam Azərbaycan xalqının ən dəyərli sərvətidir. Muğam tarixin o tayından yol alaraq bu günə qədər gələn bir incidir, dürrdür. Bu incinin dəyərini əsil xiridarlar – muğam ifaçıları daha yaxşı bilirlər. Muğam insan ruhunun sarı simidi. Bu simə toxunanda ürək döyüntüləri bir başqa döyünür – daha həyəcanlı, daha həzin. İllah da ki, muğam ifaçısının səsi qəlbin dərinliyinə enərək ordakı mürgülü xatirələri oyadanda insan özünü ruhlar aləminə düşmüş kimi hiss edir. Bu aləmin “sakinləri” olan “Segah”, “Şur”, “Bəstənigar”, “Çahargah”, “Rast” və digərləri insanın ayağını yerdən kəsir.

Ukrayna şirkətləri Azərbaycan bazarına maraq göstərir

3 Fevral 2017 15:23

Bu günlərdə Ukrayna və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 25 ili tamam olur. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci ildə, müstəqillik əldə edildikdən sonra yaradılıb. Qısa müddətdə rəsmi Kiyev Bakıda öz diplomatik nümayəndəliyini açaraq ölkələr arasında əlaqələrin daha da inkişaf etdirilməsinə təkan verir.

Ermənistan İrandan hərbi dəstək ala biləcəkmi?

3 Fevral 2017 15:21

Ermənistan Azərbaycan qarşısındakı hərbi və diplomatik gücsüzlüyünü ort-basdır etmək, rəsmi Bakı qarşısında duruş gətirmək üçün var-gəl edir. Mövcud əziyyət6dən çıxış yolu tapmaq üçün işğalçı ölkənin prezidenti Serj Sərkisyan bir müddət əvvəl təyin etdiyi yeni müdafiə igen Sərkisyanı Rusiya və İrana minnətçi salıb. Belə ki, Ermənistanın yeni müdafiə naziri Vigen Sərkisyan Ermənistanın bir nömrıli havadarı sayılan Rusiyadan sonra İrana üz tutub. 3 günlük səfər çərçivəsində Vigen Sərkisyan müsəlman dövləti Azərbaycana qarşı dirəniş göstərmək üçün elə “müsəlman ölkəsindən” hərbi yardım alacaq.

Çoxmənzilli binada müştərək cəmiyyəti hansı qaydada yaradılır?

3 Fevral 2017 15:20

Ölkənin şəhər və rayonlarında çoxmənzilli binalarda yeni idarəetmə üsullarının tətbiqi, eləcə də yeni MMMC-lərin yaradılması ilə bağlı tədbirlər həyata keçirilir. Mənzil-kommunal sahəsində yeni münasibətlərin təbliği, çoxmənzilli binaların idarə olunmasının yeni metodlarının tətbiqi və digər məsələlərin müzakirəsi məqsədilə yerli icra hakimiyyəti orqanları və bələdiyyələrin nümayəndələrinin iştirakı ilə görüşlər təşkil edilir, maarifləndirici broşurlar və materiallar paylanılır.

Cənubi Qafqaz regionu ABŞ-ın yeni administrasiyasının xarici siyasətində prinsipial görünmür

3 Fevral 2017 15:19

Birləşmiş Ştatların yeni seçilmiş prezidenti Donald Trampın sıələfindən fərqli olaraq Rusiya ilə münasibətlərdə bir qədər normallaşmaya meyilli olması, Vaşinqtonla Moskvanın bir sıra regional məsələlərdə ümumi razılığa gələcəyi ümidləri artırıb. Bu sırada Cənubi Qafqaz regionu da ön planda dayanır. İddia edilir ki, tərəflərin yerləşdiyimiz coğrafiya üzrə ümumi dil tapa bilməsi, Dağlıq Qarabağ probleminin həllinə də öz müsbət təsirini göstərə bilər. Bəs görəsən ekspertlər bu barədə nə düşünür?

Bəzi məmurlar sahibkarların normal işləməsinə maneçilik törədirlər

3 Fevral 2017 15:18

Azərbaycanda məmur-vətəndaş münasibətlərinin yüksək səviyyəyə qaldırılması istiqamətində görülən işlər bəhrəsini verməkdədir. Artıq ölkədə dövlət orqanlarının elektron xidmətlərindən istifadə imkanları vətəndaş-məmur təmaslarını minimuma endirib.

Piyadanı vurub qaçan sürücü saxlanıb

3 Fevral 2017 15:15

Yanvarın 27-də İsmayıllı rayon sakini Samit Dəmirovun xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən verilən məlumata görə, İmişli RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində törətməkdə şübhəli bilinən "VAZ-21074" markalı avtomobilin sürücüsü - Bəhramtəpə qəsəbə sakini Alim Cəfərov tutulub.

Gəncə sakinindən 10 kq marixuana götürülüb

3 Fevral 2017 15:14

Gəncə sakinindən xeyli miqdarda narkotik vasitə aşkar edilib. DİN-dən verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Məhsəti qəsəbə sakini, əvvəllər məhkum olunmuş Füzuli Əliyevdən 137,6 qram tiryək aşkar edilib. Onun yaşadığı evə baxış zamanı 10 kiloqram 10 qram marixuana aşkar edilərək götürülüb.