Azərbaycan gələcəyə hesablanmış proqramlara əsaslanan iqtisadi inkişaf yolundadır
Regionların 2014-2018-ci illər üzrə sosial-iqtisadi inkişafının üçüncü ilinin yekunları ilə bağlı keçirilən konfransda Preziodent İlham Əliyevin geniş və məzmunlu çıxışı, qarşıda duran vəzifələr, eləcə də dövlət başçısının verdiyi tapşırıq, tövsiyyələr, onların yerinə yetirilməsi istiqamətində görülməsi vacib iolan işlərlə bağlı millət vəkili Azər Badamovun “OLAYLAR”-a müsahibəsi.
3 Fevral 2017 15:46 MüsahibəAzər Badamov: "Ölkə başçısının məqsədi vətəndaşlarımızın rahat yaşamasının təmin edilməsidir"
Regionların 2014-2018-ci illər üzrə sosial-iqtisadi inkişafının üçüncü ilinin yekunları ilə bağlı keçirilən konfransda Preziodent İlham Əliyevin geniş və məzmunlu çıxışı, qarşıda duran vəzifələr, eləcə də dövlət başçısının verdiyi tapşırıq, tövsiyyələr, onların yerinə yetirilməsi istiqamətində görülməsi vacib iolan işlərlə bağlı millət vəkili Azər Badamovun "OLAYLAR"-a müsahibəsi.
-Azər müəllim, yanvarın 30-da Prezident İlham Əliyevin iştirakı ilə 2014-2018-ci illər regionların sosial-iqtisadi inkişafının üçüncü ilinin yekunlarına həsr olunmuş iclas keçirildi. İclasda proqramın icrası, görülən işlər, qarşıda duran vəzifələrlə bağlı dövlət başçısı mühüm fikirlər səsləndirdi. Ümumiyyətlə, siz proqramın icrası və 3 il ərzində görülən işləri necə dəyərləndirirsiniz?
-Azərbaycan gələcəyə hesablanmış proqramlara əsaslanan iqtisadi inkişaf yolundadır. 2020 gələcəyə baxış iqtisadi-inkişaf konsepsiyası, regionların sosial-iqtisadi inkişaf proqramı və keçən ildə ölkə başçısının təsdiq etditiyi iqtisadiyyatın 11 aparıcı sahəsini əhatə edən Strateji Yol Xəritələri Azərbaycanın sosial iqtisadi inkişafının lokomotivi olacaqdır. Hazırda yerinə yetirilən və 3 ilini başa vurduğumuz 2014-2018-ci illərdə regionların sosial-iqtisadi inkişafı proqramının uğurla icrası haqqında qeyd etdiyiniz müşavirədə geniş fikirlər səsləndirildi. Regionların sosial-iqtisadi inkişafını təmin edəcək üçüncü proqram əvvəlki proqramlardan fərqlənir. Artıq üçüncü proqramda regionların sənayeləşməsi, kənd təsərrüfatının ənənəvi sahələrin bərpası nəzərdə tutulmuşdur. Bu da ölkədə işsizlik probleminin aradan qalxmasına və iqtisadiyyatın idxaldan asıılığı minimuma enməsinə, ölkəyə valyuta gətirəcək sahələrin inkişafına, iqtisadiyyatımızın nefdən asıllığını aradan qaldırılmasına gətirib çıxaracaqdır. Müşavirədə cənab prezdent əvvəlki illərdə proqramın icrasındakı çatışmamazlıqlar barəsində danışdı və qarşıdan gələcək dövrdə görüləcək işlər haqqında tapşırıqlar verdi. Ümumiyyətlə, reğionların sosial-iqtisadi inkişafı proqramının icrasının 3 ilin yekunlarını müsbət dəyərləndirirəm və düşünürəm ki, qarşıdakı ildə biz daha böyük layihələlər həyata keçirəcəyik.
-Artıq 2004-cü ildən sözügedən proqram mərhələli şəkildə icra olunur. Ötən müddət ərzində proqramın icrası ölkənin, regionların simasını nə dərəcədə müsbətə doğru dəyişib?
-Regionların sosial-iqtisadi inkişaf proqramları 2004-cü ildən başlayaraq icra olunur. Bu illər ərzində insanların yaxşı yaşamasını təmin edəcək böyük sosial-iqtisadi layihələr həyata keçirilmişdir. 2004-cü ildə iqtisadi potensialımız ola-ola enerji daşıyıcıları ilə özümüzü tam şəkildə təmin edə bilmirdik. Amma bu illər ərzində təbii qazla təminatı 51 faizdən 92 faizə çatdıra bildik. 26 yeni elektrik stansiyası tikilərək istifadəyə verildi və stansiyaların ümumi gücünü 2400 meqavata çatdırdıq. 11 min kilometr müasir standartlara cavab verən yollar tikildi. Melorasiya xidmətlərini yaxşılaşdımaq məqsədilə dörd su anbarı tikilərək istifadəyə verildi. 3 mindən çox məktəb binasının təmir tikintisini apardıq. Altı yüzdən çox tibb ocağı, 40-dan çox Olimpiya İdman Kompleksi, 20-dən çox muzey, 10-dan çox teatr binası istifadəyə verildi. Kosmik ailəsinin üzvü olduq. Bakı-Tiblisi- Ceyhan, Bakı-Tiblisi- Ərzurum kəmərləri istifadəyə verildi. Hazırda Cənub qaz dəhlizi layihəsinin tikintisi davam etdirilir. Azərbaycan sahibkarlarına 2 milyarda qədər güzəştli kreditlər verildi və qeyd etmək istəyirəm ki, 2004-cü ildən bu günə qədər icra olunan sosial-iqtisadi layihələri sayıb qurtarmaq çətindir. Bu illər ərzində Azərbaycan böyük inkişaf yolunu qətt edərək öz simasını dəyişmişdir. Bütün bunlar onu göstərir ki, dövlət siyasətinin təməlində Azərbaycan vətəndaşı durur. Ölkə başçısının məqsədi vətəndaşlarımızın rahat yaşamasının təmin edilməsidir. Bu proqramların icrası Azərbaycanın bütövlükdə inkişafına gətirib çıxarmışdır. Müasir infrastruktur demək olar ki, formalaşmışdır. Sahibkarlıq və biznes mühütünün inkişafına tam şəkildə optimal mühüt yaranmışdır. Belə gözəl şərait xarici investisiyaların da Azərbaycana cəlb olunmasında əhəmiyyətli rola malikdir. Ölkəmizin sürətli sosial-iqtisadi inkiafı Azərbaycanın dünyada mövqelərini gücləndirmişdir. Artıq beynəlxalq arenada Azərbaycan söz sahibi olan ölkəyə çevrilmişdir. Azərbaycanın hərbi potensialı artmışdır. Keçən ilin aprel döyüşləri buna bir nümunədir. Kəndlə şəhər arasındakı fərq minumuma enmişdir. Azərbaycandakı multikultural və tolreant mühüt dünyaya bir nümunə olmuşdur. Bütün bunlara regionların sosial-iqtisadi inkişafı proqramları icra olunduqca nail olmuşuq.
-Bəs, qarşıdakı illər ərzində qarşıda duran əsas prioritetlər nə olacaq?
Qarşıda qalan müddətdə icra olunacaq prioritet sahələr haqqında müşavirədə cənab prezdent konkret tapşırıqlar verdi. Qalan müddətdə ilk növbədə regionlarda sosial infrastruktur layihələrin icrasını davam etdiriləcəkdir. Kəndlər arası yolların tikintisi, su-kanalizasiya tikinti layihələri, məktəblərin tikintisi və digər sosial layihələr icra olunacaqdır. Həm də iqtisadiyyatımız üçün prioritet olan kənd təsərrüfatının ənəənəvi sahələrinin inkişaf etdirilməsilə əlaqədar müəyyən tapşırıqlar verilmişdir. Burada pambıqçılıq, baramaçılıq, tütünçülük, zeytunçuluq, fındıqçılıq, intensiv bağların əkilməsi, aqroparkların yaradəılması, emal müəsssələin tikintisi, regionlarda sənaye zonaların açılması və.sairə sahələri əhatə edəcəkdir. Proqramda nəzərdə tutulan işlərin miqyası çox genişdir və düşünürəm ki, öhdəsindən də layiqincə gələcəyik.
-Ümumiyyətlə, hazırda Azərbaycan iqtisadiyyatının mövcud durumunu, real vəziyyəti necə dəyərləndirirsiniz və qarşıda bizi nə gözləyir?
-2016-cı ildə neftin qiymətinin aşağı həddə qalması ölkəmizin iqtisadiyyatına da öz təsirini göstərmişdir. Ölkəmizə neftdən gələn gəlirlər azalmış, milli valyutamız olan manat dünya valyutaları qarşısında müəyyən qədər dəyərini itirmişdir. Bu da müəyyən sahələrdə qiymətlərin artımına gətirib çıxarmışdır. Amma dövlətimiz təxirəsalınmaz tədbirlər həyata keçirdi. Bir sıra qnunlarda dəyişikliklər etdik, Sahibkarlıq mühütünün inkişafı ilə bağlı ölkə başçımız sərəncamlar imzaladı. İqtisadiyyatın əsas 11 aparıcı sahəsinin uinkişaf etdirilməsi ilə bağlı Strateji Yol Xəritələri tərtib olundu. 2016-cı ildə yeni iqtisadi mühütdə inkişafımız üçün tam bünövrə hazırladıq. 2017-ci ildə isə mövcud proqramlara uygun iiqtisadiyyatımız yeni mərhələdə inkişafına başlayacaqdır. Bu inkişaf ölkənin qeyri-neft sektorunda formalaşacaq və uzun müddət Azərbaycanın inkişafının təminatçısı olacaqdır. Hədəflər məlumdur və həmin hədəflərin uğurla icrası bütün iqtisadi çətinlikləri arxada qoyacaqdır.
-Bu günlərdə Prezidentin Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı imzaladığı sərəncamı necə dəyərləndirirsiniz və bu sərəncam Böyük Qayıdışın başlanğıcı ola bilərmi?
-Cənab prezdentin Cocuq Mərcanlı ilə bağlı imzaladığı sərəncamın böyük tarixi əhəmiyyəti var. Cocuq Mərcanlı 1994-cü ildə həyata keçirilmiş Horadiz əməliyyatı ilə azad olunmuşdu. Amma uzun illər idi ki, işğaldan azad olunan torpaqlara qayıdışın təşkili ilə bağlı belə qərar imzalanmamışdı. 2016-cı ilin aprel hadisələri düşməni kilometlrelə geri oturtdu və strateji yüksəkliklər milli ordumuzun nəzarəti altına düşdü. Bununla da Cocuq Mərcanlıda yaşayışın tam təhlükəsizliyinə şərait yarandı. Qarabağ torpağının hər qarışı bizə əzizdir. Bu gün Cocuq Mərcanlıya qayıdış üçün yenidənqurma işləri aparılr. Yaxın gələcəkdə isə Agdama, Fizuliyə, Cəbrayıla və başqa düşmən işğalı altındakı rayonlarımza qayıdış olacaqdır. Cocuq Mərcanlıya qayıdış isə Böyük Qayidişin başlanğıcı hesab etmək olar.
-Dövlət başçısının sərəncamı ermənilərdə nə dərəcədə xof, təşviş yaradıb?
-SSRİ dağılandan sonra ermənilər nəinki Dağlıq Qarabağda, hətta Ermənistanda hər hansı sosial-iqtisadi layihəni icra edə bilməyiblər. Ermənistanın iqtisadiyyatı günü-gündən aşağı düşür. İnsanların sosial durumu pisləşməyə doğru gedir. İnsanlar ölkəni tərk edirlər. Belə bir zamanda Cocuq Mərcanlının yenidən qurulması ilə bağlı ilkin mərhələdə 4 milyon manatın ayrılması ermənilərdə qorxunu, xofu artırmışdır. Onlar görürlər ki, Azərbaycan işğaldan azad olunan torpaqlarda dərhal yaşayışı təmin edir və gələcəkdə bütün Qarabağı azad etmək əzmindədir. Onlar görürlər ki, Azərbaycan heç vaxt işğalla barışmayacaq və hər zaman aprel hadisələri təkrarlana bilər. Ona görə də ermənilər təmas xəttinə yaxın yerləşən yaşayış məntəqələrindən qaçıblar və həm də Dağlıq Qarabağdan yavaş-yavaş köçürlər. Ermənilər bilir ki, Qarabağ torpağı onların deyil və Azərbaycan heç vaxt onlara rahatlıq verməyəcəkdir. Sadəcə ermənilər cəllad Sərkisyan rejiminin qurbanlarına çevrilib aciz vəziyyətdədirlər,
Süleyman