ƏSL ÜÇÜNCÜ DÜNYA MÜHARİBƏSİ
20:46 SiyasətYerin altında, sözün altında, niyyətin, hadisələrin altında, üstündə bir dünya var,
Dünyanın özünün də özü boyda kökü var.
Biz çox vaxt görünən aləmlərin, hadisələrin təsirlərindən mahiyyətindən danışırıq.
Məsələn, qlobal iqlim dəyişikliklərini insanın təbiətə təsiri ilə bağlayırıq.
Görürük ki, meşələr məhv edilir, çayların axarları dəyişir, torpaq asfaltlanır, betonlanır, tikilən evlər hesabına günəş şüaları torpağa düşmədən geri qayıdır. Ətraf mühitə çirkli tullantılar atılır.
Və bütün bunlar insanın da bir parçası olduğu təbii mühitin nizamını pozur.
Bunlar görünən aləmlərdir.
Ancaq dünya alimlərinin də nəzərdən qaçırdığı, ya az diqqət etdiyi görünməyən aləmlər də vardır.
Elə bu görünməyən aləmlərdən biri 2020- ci ildə dünya camaatını " kişələyib" evlərə doldurmadı, küçələrə çıxmaq qadağası qoymadı?
Görünməyən aləmlər təkcə viruslar, mikroblar, mikroorqanizmlər deyil. Bunlar bioloji görünməyənlərdir.
Fiziki mahiyyətli görünməyənlər:
Müxtəlif dalğa uzunluqlu işıü şüaları, elektromaqnit dalğaları, maqnit sahələri vəs.
Kimyəvi mahiyyətli görünməyənlər:
Torpağın, canlı orqanizmlərin, havanın, atmosferin kimyəvi tərkibi, fonu.
Riyazi mahiyyətli görünməyənlər, nisbətlər, faizlər, qatılıqlar.
Təsəvvür edin, Bakıdan zəng edirsiz rayona səsli, ya görüntülü danışırsız. Bu elə- belə baş vermir, elektromaqnit dalğaları ötürücdəm qəbul ediciyə tərəf sel kimi axır.
İndi diqqət edin ki, bir dəqiqədə dünyada minlərlə, milyonlarla adamlar telefondan istifadə edir, o dalğalar görünən olsaydı fəzada xaotik və nəhəng nələr görərdik...
Yüzlərlə Böyük tv şirkətləri... Hər dəfə evdə tv kanalını dəyişəndə yeni, mahiyyətçə fərqli dalğalar sistemi evə daxil edilir, tutulur.
Tv şirkətləri, mobil operatorlar, 5 G sistemlər yerə yaxın fəzanın təbii fiziki fonunu nə qədər pozur?
Ancaq biz bunları görmürük.
Kosmasa gedən, döyüş üçün istifadə edilən raketlər, atılan bombalra, nüvə sınaqları, AES- in fəaliyyəti yerin və göyün fiziki, kimyəvi, riyazi təbii quruluşunu nə qədər dəyişir?
Havada, torpaqd, canlı cansız aləmdə hər şeyin təbii kimyəvi tərkibi var. Və bu dəyişəndə nələr baş verir izaha ehtiyac yoxdur.
Və bütün mövcudat riyazi qanunlarla qurulub.
Müəyən nisbətlər, fazilər, qatılıqlar vardır.
Məsələn, insanın tempuraturu 2 dərəcə artanda nə baş verir?
Və ya hüceyrənin daxilindəki Na, K- un qatılığı heceyrə xarici mühitlə fərqlidi. Amma ölüm baş verdikdən sonra sürətlə bu fəra bərabərləşir.
İndi baxın görün insan görünməyən aləmlərə qarşı necə müharibə açıb.
Və təbii ki, görünməyən aləmlərdə insana, bütün canlı- cansız aləmə müharibə ilə cavan verir.
Özü də xalqlara, hətta digər canlılara da fərq qoyulmur.
Çinli atəş açıbsa, cavabı amozonkalıya, avstraliyidakı kenquruyua da dəyə bilər.
Yerə yaxın fəzanının fiziki, kimyəvi və riyazi strultrunun pozulması çox böyük və gözlənilməz, bəzən tədrici bəzən isə ilırım çaxmasına bənzər fəlakətlər gətirəcək.
Genetik quruluşa ən çox şüalanma, elektroçaqnit dalğaları, radioaktivlik və kimyəvi maddələr təsir edir.
Və bunlar Darvinin dediyi kimi təkamülə deyil, çox vaxt xəstəliyə, ölümə aparır.
Sabah mutasiya nəticəsində elə bir virus, canlı növü yarana bilər ki, evə girmək, dağa çıxmaqla can qurtara bilmərik...
Yekun:
Bəşəriyyətə ən böyük fəlakət görünməyən aləmlərdən: torpağın, havanın və yerə yaxın fəzanın təbii fiziki, kimyəvi və riyazi fonunun dəyişmələrindən gələcək.
Əsl üçüncü dünya müharibəsi insanla görünməyən aləmlər arasında olacaqdır.
ALLAH bütün canlı və cansızları, yer kürəmizi və özünü üstün tutan, hər şeyi bildiyini zənn edən, əslində çox aciz, mağmın biokütlə olan insanı qorusun.
Sadıq Qarayev