Gündəm
Qadınları Türkiyəyə aparan saxlanıb
Qadınları cinsi istismara məruz qoyan şəxs tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Tovuz rayon sakini, 39 yaşlı Səki Zamanovanın gəlir əldə etmək məqsədilə qadınları Türkiyəyə apararaq cinsi istismara məruz qoyması müəyyən edilib. Faktla əlaqədar cinayət işi başlanılıb.
Metro və avtobuslarda gediş haqqı artırılır? - Tarif Şurası AÇIQLADI
Bakı Metropolitenində və şəhərdaxili marşrut avtobuslarında gediş haqqının artırılması ilə bağlı Tarif (qiymət) Şurasına müraciət olunmayıb.
Dənizçilərə neftlə çirkləndirmədən vurulan zərərə görə mülki məsuliyyət haqqında məlumat verilib
Dövlət Dəniz Administrasiyasında, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycan Respublikasında dəniz nəqliyyatı sahəsində məsuliyyətin artırılmasında Dövlət Dəniz Administrasiyasına dəstək” adlı Tvinninq Layihəsi çərçivəsində seminar keçirilib.
Müəllim və valideynlərin müraciəti dinlənilib
Fevralın 3-də paytaxtın Nəsimi və Binəqədi rayonları üzrə müəllim və valideynlərin növbəti səyyar qəbulu keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və struktur bölmə əməkdaşlarının iştirak etdiyi səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə daha sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir.
Akademiyadan təhsil haqları ilə bağlı AÇIQLAMA
Bədən Tərbiyəsi və İdman Akademiyası tələbələrinin təhsil h1aqqının hissə-hissə ödəmələrinə qadağa qoyulması məsələsinə münasibət bildirib. Akademiyadan qafqazinfo-ya bildirilib ki, bununla bağlı heç bir rəsmi sənəd yoxdur:
İki dəfədən çox şəxsə fərdi şəxsi hesab açılıb
Cari ilin yanvar ayında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində əlavə olaraq 21 545 nəfər şəxsə fərdi şəxsi hesab açılıb ki, bu da əvvəlki ilin müvafiq dövrünə dair müvafiq göstərici ilə müqayisədə iki dəfədən çoxdur.
Aprel doyüşləri Cocuq Mərcanlıya qayıdışın başlanğıcı idi
Prezident İlham Əliyevin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinn bərpasi ilə bağlı imzaladığı sərəncam nəinki hərbu qulluqçuların, eləcə də bütövlükdə ölkə ictimiyətinin ruh yüksəkliyinə səbəb olub. Artıq insanlar işğal altında olan digər rayon və kəndlərimizin də azad edilərək bərpa olunması arzularını dilə gətirilər.
13 yaşlı qızın girovluqda başına gətirilən DƏHŞƏTLƏR - VİDEO
Omsk vilayət polisi keçmiş məhkumun növbəti cinayətinin qarşısını almağa müvəffəq olub. Rusiya mətbuatının yaydığı videoda dəfələrlə məhkumluq yaşamış Jena adlı residivist tərəfindən girov götürülmüş 13 yaşlı qızın azad edilməsi əməliyyatı əks olunub.
Rusiya Lapşinin Azərbaycana verilməməsində İSRAR EDİR: “Danışıqlar aparırıq”
“Moskva Rusiya vətəndaşlarının üçüncü ölkəyə verilməsinin yolverilməzliyində israr edərək, bloqer Andrey Lapşinin Azərbaycana verilməsinə qarşı çıxır”.
Azərbaycan Türkiyənin üçüncü ən iri elektrik enerjisi təchizatçısıdır
2016-cı ildə Türkiyə 213 mln. 614,469 min dollarlıq elektrik enerjisi idxal edib. Bu göstərici 2015-ci illə müqayisədə 34% azdır. Belə ki, 2015-ci ildə qonşu ölkə 325 mln. 171,296 min dollarlıq elektrik enerjisi idxal edib.
Lukaşenko: “Rusiya dövlətlərarası müqavilələri pozur”
Belarus prezidenti Aleksandr Lukaşenko Rusiyanı dövlətlərarası müqavilələri pozmaqda günahlandırıb.
Şahin Sultanovun məhkəməsində təqsirləndirilənlər son söz deyiblər
Bu gün Nəsimi Rayon Məhkəməsinin inzibati binasında Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin (HDQ) sabiq komandanı, vitse-admiral Şahin Sultanov və digər təqsirləndirilən 27 nəfərin işi üzrə cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Vəkil Telman Abdiyevin verdiyi məlumata görə, Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərdən Əli Allahverdiyev, Yunis Əliyev, Elxan Hacıyev, Kamandar Paşayev və Faiq Xamoyev son söz deyiblər. Təqsirləndirilən şəxslər iş üzrə özlərini qismən təqsirli bilib və məhkəmədən obyektiv hökm çıxarılmasını istəyiblər.
Parisdə atışma: çantalı adamı güllələdilər - YENİLƏNİB - VİDEO -Foto
Mətbuatda xəbər yayılandan sonra Fransa Daxili İşlər Nazirliyi Twitter hesabından açıqlama yayaraq: "ictimai təhlükəsiziyə qarşı yönəldilmiş böyük bir olayın yaşandığını" bildirib.
Media nümayəndələri Bakcell Məlumat Mərkəzinin qonaqları olublar
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti Kütləvi İnformasiya Vasitələrinin təmsilçilərini şirkətin Məlumat Mərkəzinə dəvət edib. Media nümayəndələri Məlumat Mərkəzinin gündəlik işi ilə tanışlıq zamanı 555 qısa nömrəsinə edilən zənglərin peşəkar operatorlar tərəfindən necə cavablandırılması və daxil olan müraciətlərə əsasən əlaqəli bölmələrlə birlikdə müxtəlif əməliyyatların necə həyata keçirildiyinin canlı şahidi olublar.
Nazir oğlunun Bodrumdakı dəbdəbəli toyundan özəl kadrlar
Energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə evli olan Səfura Əliyeva özəl toy fotolarını paylaşıb.














