Dənizçilərə neftlə çirkləndirmədən vurulan zərərə görə mülki məsuliyyət haqqında məlumat verilib  

Dövlət Dəniz Administrasiyasında, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycan Respublikasında dəniz nəqliyyatı sahəsində məsuliyyətin artırılmasında Dövlət Dəniz Administrasiyasına dəstək” adlı Tvinninq Layihəsi çərçivəsində seminar keçirilib.

Dövlət Dəniz Administrasiyasında, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən "Azərbaycan Respublikasında dəniz nəqliyyatı sahəsində məsuliyyətin artırılmasında Dövlət Dəniz Administrasiyasına dəstək" adlı Tvinninq Layihəsi çərçivəsində seminar keçirilib. "OLAYLAR"-ın DDA-ya istinadən verdiyi xəbərə görə, seminar "Neftlə çirkləndirmədən vurulan zərərə görə mülki məsuliyyət haqqında" 1992-ci il tarixli Beynəlxalq Konvensiya və "Neftlə çirklənmə zamanı dəyən ziyanın kompensasiyası üzrə Beynəlxalq Fondun yaradılması haqqında" Beynəlxalq Konvensiyaya 2015-ci ilin 16 noyabr tarixindən həyata keçirilən Tvinninq Layihəsi çərçivəsində baş tutub. Seminarda Dövlət Dəniz Administrasiyasının əməkdaşları ilə yanaşı, dənizçilər, vətəndaş cəmiyyətlərinin, eləcə də, Azərbaycan Yeni Nəsil Hüquqşunaslar Assosiasiyasının nümayəndələri iştirak edib. Gəmi sahibinin məsuliyyəti, məcburi sığorta halları, neftlə çirklənmə zamanı dəyən ziyanın kompensasiyası üzrə Beynəlxalq Fondun yurisdiksiyası və kompensasiyaların verilməsi qaydaları, icraatın başlanması üzrə tətbiq olunan vaxt məhdudiyyəti və konvensiyalarda əksini tapmış digər məsələr ətraflı izah edilib, eləcə də "Prestige" neft tankerində baş vermiş qəzaya dair bir sıra praktiki məşğələlər aparılıb. Seminarın sonunda iştirakçılara sertifikatlar təqdim edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31