Parisdə atışma: çantalı adamı güllələdilər - YENİLƏNİB - VİDEO -Foto

Mətbuatda xəbər yayılandan sonra Fransa Daxili İşlər Nazirliyi Twitter hesabından açıqlama yayaraq: "ictimai təhlükəsiziyə qarşı yönəldilmiş böyük bir olayın yaşandığını" bildirib. 

Fransa Daxili İşlər Nazirliyinin yaydığı açıqlamada güllələnən adam sağ olaraq ələ keçirildiyi, 1 əsgərin isə yüngül yaralandığı deyilir.

Fransa polisi yaydığı açıqlamada bildirib ki, muzeyə girməyə çalışan həmin adam təkbir gətirib.  Bu barədə Milli.az Sputniknews-a istinadən xəbər verir.

***

Mətbuatda xəbər yayılandan sonra Fransa Daxili İşlər Nazirliyi Twitter hesabından açıqlama yayaraq: "ictimai təhlükəsiziyə qarşı yönəldilmiş böyük bir olayın yaşandığını" bildirib. 

Fransanın RTL telekanalı isə əlində bıçaq olan çantalı bir şəxsin Luvr muzeyinə girmək istəyərkən vurulduğunu bildirib.

Reuters-in polisdəki mənbələrə istinadən yaydığı məlumatda şübhəlinin kürəyindən vurulduğu qeyd edilib.

Turistlərə qapalı zallardan çıxmamaq tövsiyə edilib. 

***

Fransanın paytaxtı Parisdə atışma olub. Parisdə muzeyə girməyə çalışan silahlı şəxs qapıda dayanan mühafizəçi əsgərə atəş açıb.

Sputniknews-un məlumatına görə isə, Luvr muzeyinə girməyə cəhd edən çantalı kişini mühafizəçi güllələyib. 

Reuters-ə açıqlama verən şahidlər deyiblər ki, muzeyi polis əhatəyə alıb, içəridəkilər təxliyə edilirlər. Bu barədə Milli.az "Takvim"ə istonadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31