Aprel doyüşləri Cocuq Mərcanlıya qayıdışın başlanğıcı idi
Prezident İlham Əliyevin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinn bərpasi ilə bağlı imzaladığı sərəncam nəinki hərbu qulluqçuların, eləcə də bütövlükdə ölkə ictimiyətinin ruh yüksəkliyinə səbəb olub. Artıq insanlar işğal altında olan digər rayon və kəndlərimizin də azad edilərək bərpa olunması arzularını dilə gətirilər.
3 Fevral 2017 15:03 SiyasətBiz eləcə də Xankəndinə, Xocalıya, Şuşaya qayıdacagıq!
Prezident İlham Əliyevin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinn bərpasi ilə bağlı imzaladığı sərəncam nəinki hərbu qulluqçuların, eləcə də bütövlükdə ölkə ictimiyətinin ruh yüksəkliyinə səbəb olub. Artıq insanlar işğal altında olan digər rayon və kəndlərimizin də azad edilərək bərpa olunması arzularını dilə gətirilər. Son hadisələr deməyə əsas verir ki, Azərbaycan nəhayət ki, öz torpaqlarının düşmən tapdağından azad edilməsi, azad edilmiş ərazilərin bərpası ilə bağlı fikrində qətidir. Elə beynəlxalq təşkilatlar da ölkəmizin bu mövqeyi ilə hesablaşmaq zorunda qalıblqr. Çünki Azərbaycan haqq-ədalət uğrunda, itirilmiş torpaqların geri qaytarılması üçün savaşır, kiminsə torpağını işğal etmək üçün yox. Siyasi elmlər doktoru, "Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin Əlaqələndirmə Şurasının sədri, Qarabağ Araşdırmalar Mərlkəzinin rəhbəri Elçin Əhmədov bildirib ki, 2016-cı il aprelin 2-dən 5-dək davam edən Azərbaycan ordusunun uğurlu əks-hücum əməliyyatları ölkəmizə hərbi-strateji nöqteyi-nəzərdən çox böyük üstünlüklər verdi. İlk növbədə Azərbaycan çox mühüm psixoloji qələbə qazandı. Azərbaycan ordusu Qarabağın şimal və cənub hissələrində çox böyük strateji əhəmiyyətə malik yüksəklikləri azad etdil. Bununla da, Azərbaycan öz torpaqlarını azad etmək bacarığını, potensialını, döyüş əzmini nümayiş etdirdi. Nəticədə, 4 günlük döyüşlərin beynəlxalq əks-sədası da dərhal eşidildi və Ermənistanın Azərbaycan torpaqlarının 20%-ni işğal altında saxlaması bir daha bütün dünyaya xatırladıldı. Onun sözlərinə görə, 2016-cı il noyabrın 12-də Füzuli rayonunun Horadiz şəhərində məcburi köçkünlər üçün salınan yeni qəsəbədə yaradılan şəraitlə tanışlıq zamanı Azərbaycan Prezidenti İlham Əliyev Lələtəpə əməliyyatını bizim şanlı tariximiz adlandırmışdır: "Aprel döyüşləri Azərbaycan dövlətinin, Azərbaycan Ordusunun gücünü göstərdi. Düşmənə döyüş meydanında sübut etdik ki, biz güclüyük. Biz ermənilərin uzun illər ərzində yaratdıqları mifi, yalanı dağıtdıq ki, guya onların belə güclü ordusu var. Bu gün döyüş meydanında biz sübut etdik ki, kimin ordusu güclüdür, kimin ordusu nəyə qadirdir". Bununla yanaşı, dövlət başçısı qeyd etdi ki, "biz həm Füzuli və Cəbrayıl rayonlarında, eyni zamanda, Ağdərə rayonunda bir çox strateji yerləri işğalçılardan azad etdik. Biz keçmiş Dağlıq Qarabağ muxtar vilayətinin ərazisi olan yerləri də qaytarmışıq". Bununla yanaşı, dövlət başçısı Horadiz şəhərində məcburi köçkünlər üçün salınan yeni qəsəbədə yaradılan şəraitlə tanışlıq zamanı Azərbaycan dövlətinin məcburi köçkünlərin vəziyyətini yaxşılaşdırmaq və məşğulluğunu artırmaq üçün müntəzəm olaraq ciddi tədbirlər gördüyünü və 2004-cü ildə müvafiq proqramın qəbul edildiyini bildirmişdi. 2007-ci ildə bu proqrama əlavələr edilmiş və bu proqramın icrası hazırda uğurla davam etdirilir. Məcburi köçkünlər üçün 95 qəsəbə, təkcə Füzuli rayonunda 16 qəsəbə salınmışdır. Ümumiyyətlə, indiyə kimi Dövlət Neft Fondundan ayrılmış vəsait hesabına 250 min köçkün yeni evlərlə, mənzillərlə təmin edilmişdir. Politoloq hesab edir ki, bu, bir daha onu göstərir ki, Azərbaycan dövləti öz vətəndaşlarına, xüsusilə işğaldan əziyyət çəkən vətəndaşlarına böyük diqqətlə yanaşır və qayğı göstərir: "Bu, bir daha Azərbaycan dövlətinin siyasətini bariz şəkildə əks etdirir dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı durdugunu göstərir. Bununla yanaşı, dövlət başçısı həmin görüşdə bildirmişdi ki, "aprel doyüşləri zamanı minlərlə hektar torpaq işğaldan azad edildi. On minlərlə hektar torpağa bu gün Azərbaycan Ordusu nəzarət edir. O torpaqlarda təmizlik işləri aparılır və yaxın gələcəkdə məcburi köçkünlər o ərazilərə qayıdacaqlar". Bu siyasətin məntiqi davamı olaraq yanvarın 24-də Azərbaycan Prezidenti "İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında" sərəncam imzalamışdır. Sənəddə bildirilir ki, ötən ilin aprel ayında Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum hərbi əməliyyatı nəticəsində erməni işğalından azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində insanların təhlükəsiz yaşaması mümkün olub. Bununla da, tarixən burada yaşamış dinc əhalinin öz doğma yurdlarına qayıtması üçün Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarətinə keçmiş həmin ərazilərdə əsaslı yenidənqurma işlərinin başlanmasına şərait yaranmışdır. Dövlət başçısının sərəncamına əsasən, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı görüləcək işlər çərçivəsində birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ilkin olaraq 4 milyon manat ayrılmışdır:" Bütün bunlar onu gostərir ki, aprel döyüşləri ilə mühüm hərbi qələbənin, Cocuq Mərcanlı kəndinin bərpası ilə böyük qayıdışın başlanğıcı qoyuldu. Dövlət başçısının düşünülmüş siyasəti və prinsipial movqeyi onu göstərir ki, biz nəinki Cocuq Mərcanlıya, eləcə də Daglıq Qarabaga, Xankəndinə, Xocalıya və Şuşaya qayıdacagıq! Azərbaycan Prezidenti İlham Əliyevin dəfələrlə və birmənalı olaraq "Azərbaycan ərazi bütövlüyü danışıqların mövzusu ola bilməz" fikrini irəli sürməsi ölkəmizin ərazi bütövlüyü təmin olunmaqla münaqişənin ədalətli şəkildə həll olunacağı ilə bağlı ümidləri daha artırmışdır. Bununla yanaşı, dovlət başçısı İlham Əliyev Azərbaycan xalqı və dövlətinin bu işğal, etnik təmizləmə siyasəti ilə heç vaxt barışmayacağını və torpaqlarımızı azad etmək üçün əsasımızın olduğunu və bunun beynəlxalq hüquq normaları ilə təsdiq edildiyini vurğulamışdır: "Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. Biz heç vaxt Azərbaycan ərazisində ikinci qondarma erməni dövlətinin yaranmasına icazə verməyəcəyik. Heç vaxt Dağlıq Qarabağa müstəqillik verilməyəcək. Əgər kimsə bunu gözləyirsə, qoy, əbəs yerə gözləməsin. Bu, olmayacaq!"
Zəka