Ermənistan İrandan hərbi dəstək ala biləcəkmi?

Ermənistan Azərbaycan qarşısındakı hərbi və diplomatik gücsüzlüyünü ort-basdır etmək, rəsmi Bakı qarşısında duruş gətirmək üçün var-gəl edir. Mövcud əziyyət6dən çıxış yolu tapmaq üçün işğalçı ölkənin prezidenti Serj Sərkisyan bir müddət əvvəl təyin etdiyi yeni müdafiə igen Sərkisyanı Rusiya və İrana minnətçi salıb. Belə ki, Ermənistanın yeni müdafiə naziri Vigen Sərkisyan Ermənistanın bir nömrıli havadarı sayılan Rusiyadan sonra İrana üz tutub. 3 günlük səfər çərçivəsində Vigen Sərkisyan müsəlman dövləti Azərbaycana qarşı dirəniş göstərmək üçün elə “müsəlman ölkəsindən” hərbi yardım alacaq.

İşğalçı ölkənin müdafiə nazirinin Tehrana 3 günlük səfəri nəyə hesablanıb?

Ermənistan Azərbaycan qarşısındakı hərbi və diplomatik gücsüzlüyünü ort-basdır etmək, rəsmi Bakı qarşısında duruş gətirmək üçün var-gəl edir. Mövcud əziyyət6dən çıxış yolu tapmaq üçün işğalçı ölkənin prezidenti Serj Sərkisyan bir müddət əvvəl təyin etdiyi yeni müdafiə igen Sərkisyanı Rusiya və İrana minnətçi salıb. Belə ki, Ermənistanın yeni müdafiə naziri Vigen Sərkisyan Ermənistanın bir nömrıli havadarı sayılan Rusiyadan sonra İrana üz tutub. 3 günlük səfər çərçivəsində Vigen Sərkisyan müsəlman dövləti Azərbaycana qarşı dirəniş göstərmək üçün elə "müsəlman ölkəsindən" hərbi yardım alacaq.

Müstəqil ekspert Rövşən Məmmədli deyib ki, dünyanın baş ağrısı olan Ermənistanın müdafiə nazirinin İranda yüksək səviyyədə qəbul edilməsi təəssüfedicidir və İran rəsmiləri bu fürsətdən yararlanıb Azərbaycana təsir etməyə çalışan bəyanatlar səsləndirirlər: "Bu mənada İranın müdafiə naziri ancaq ermənilərə xoş gələ biləcək sözlər işlədib. Dağlıq Qarabağ münaqişəsinə toxunan iranlı və erməni nazirlər regionda sülh və sabitliyin qorunub-saxlanması üzrə səylərin mühümlüyünü, həmçinin münaqişənin hərbi yolla həllinin olmadığını vurğulayıblar, Erməni müdafiə naziri regionda gərginlik və böhranların aradan qaldırılmasında, Azərbaycanla Ermənistan arasında Qarabağ münaqişəsinin nizamlanmasında İranın rolunu alqışlayıb. Amma, maraqlıdır ki, İran regionda sülh yaradılmasında hansı rol oynayıb. Görəsən İran regionda "sülh və sabitliyin qorunub-saxlanmasını"istəyirsə, bu sülh və sabitliyə gətirə biləcək gerçək addımlardan niyə danışmır?. Niyə Ermənistana demir ki, qonşu, qonşunun bağına girməz, sənin Azərbaycanın 20 faiz ərazisində nə işin var?. İranın sərhədlərində bu münaqişə niyə nizamlanmır? İrana da bəllidir ki, münaqişə Ermənistanın günahı ucundan uzanır..Məgər İranın hərbi naziri bilmir ki, Ermənistan beynəlxalq hüquq normalarına əməl edib, qeyd-şərtsiz işğal etdiyi Azərbaycanın ərazilərindən çıxmasa regionda sülh və sabitlik yaranmayacaq. Hələ bu azmış kimi bu nazirlər Qarabağla bağlı "münaqişənin hərbi yolla həllinin olmadığını vurğulayıblar". Yaxşı hərbi yolla" həll yoxdur". Onda nə olsun.Ermənistan işğal etdiyi ərazilərdə hegemonluqmu etsin?.Bu iranlı nazirin münaqişəyə yanaşması ilə Qərb dövlətlərinin,eləcə də Rusiyanın yanaşmasından heç nə ilə fərqlənmir. İranlı nazir göz açandan bəri Arazın bu tayının Azərbaycan dövlətinin ərazisi olduğunu gözəl bilir. Həmçinin onu da gzəl bilir ki, elə İran və Ermənistan da daxil olmaqla min illər boyu bu ərazilər Azərbaycan dövlətinin əraziləri olub". Rövşən Məmmədli onu da deyib ki, İranın müdafiə naziri bu ölkədə yaşayan 40 milyonluq azərbaycanlının hissləri ilə oynayıb: "Bir gün bu hisslər coşa bilər. Kimdir o erməni dığası ki, .onu 3 gün İranda qonaq edib, onun gəlişindən istifadə edib bizə məkrli ismarıclar göndərirlər. Ermənistan İranın ərazisinin bir hissəsini işğal etsə və biz İrana elə ismarıc göndərsək buna İranda təəccüb etməzlər?. Bizim də İranın müdafiə nazirinin belə açıqlamalarını təəccüblə qarşılamaq, ondan təəssüflənmək haqqımız var. Bunu İranın hakimiyyətinin başında duranlar da gözəl anlayırlar. Nədən erməni nazir Azərbaycanla Ermənistanın arasındakı münaqişəni nizamlamaqda İranı alqışlamalıdır?. Nizamlanıb, nə həll olub? Bu istiqamətdə İran hansı gerçək addımı atıb?. Bu alqış əslində bu münaqişənin uzanması və Azərbaycan torpaqlarının erməni vandallarının tapdağı altında qalmasına İranın verdiyi dəstəkdir. Biz bunu yaxşı başa düşürük. Bilirik ki, İran 25 ildə Ermənistana hansı köməkləri edib. Əgər İran Ermənistana həmin köməkləri etməsəydi, indi nəinki Xankəndində, heç İrəvanda belə diş qurdalamağa bir erməni tapılmazdı. Ona görə də erməni nazir, eləcə də ermənilər İrana minnətdardılar. Elə Vigen Sərkisyanın Tehranda İranın ünvanına alqışlar səsləndirməsi də buna hesablanıb. Amma İran yetkililəri öz 80 milyonluq vətəndaşlarının hisslərinə hörmət etsə daha yaxşı olar. .Axı bu 80 milyon kimin kim olduğunu yaxşı bilir. İran əgər bu münaqişənin nizamlanmasında beynəlxalq hüquqa, tarixi gerçəkliklərə uyğun nizamlama axtarmaq istəmirsə, onda yaxşı olar ki, çəkilib bir kənarda dursun, Onda heç olmasa erməni çirkabından özünü qorumuş olar".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31