Gündəm

“Qaranquş” təqdim olundu

3 Fevral 2017 16:44

4 fevral tarixində  “TEAS PRESS” Nəşriyyat Evinin yeni məhsulu olan, uşaqlar üçün nəzərdə tutulan “Qaranquş” adlı aylıq jurnalının ilk buraxılışının təqdimatı keçirildi. 44 səhifəlik jurnalın hazırlanmasında Azərbaycanın tanınmış uşaq yazarlarının hekayələri, məqalələri yer alır. Bu yazılarda uşaqların yaş həddi, maraqları nəzərə alınıb. Jurnalın əsas maskotu fərqli dizayn edilmiş qaranquşdur və oxucular üçün müxtəlif məlumatlar onun dilindən təqdim olunur.

Putinin böyük planları pula qurban verilir: “Ənənəvi dostlar” arasında SAVAŞ

3 Fevral 2017 16:42

“Ənənəvi dostlar” - Rusiya və Belarus arasında münasibətlər getdikcə gərginləşir. Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) son qərarı münasibətlərdəki soyuqluğu daha da artırmış oldu. FTX Belarusla sərhəd boyunca “sərhəd zonası rejimi” tətbiq edib.

Ermənistanın GİZLİ PLANI: yeni işğal üçün hərəkətə keçdilər

3 Fevral 2017 16:41

“Erməni lobbisinin Həmşin bölgəsində (Rize və Artvin) apardığı gizli fəaliyyət Türkiyənin Qara dəniz bölgəsinin Ermənistana verilməsinə səbəb ola bilər”.

Aydın Əliyev BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidentini təltif edib

3 Fevral 2017 16:39

Fevralın 3-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrellin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Rusiya Belarusa təzyiq edir

3 Fevral 2017 16:36

“Sergey Lavrovun ardından Rusiyanın Xarici İşlər Nazirliyinin sözcüsü Mariya Zaxarova da üçlü vətəndaşlığı və daha artıq da sifəti olan, Azərbaycan qanunlarını kobud şəkildə pozaraq Dağlıq Qarabağa gedib oradakı cinayətkar və separatçı rejimi təbliğ edən, rəsmi Bakının tələbiylə Belarusda tutulan Andrey Lapşinin ölkəmizə təhvil verilməsinə qarşı çıxdıqlarını bildirib. Xanım Zaxarova bunun baş verməməsi üçün Belarusla danışılaq aparıldığını deyir və açıqlamasından belə çıxır ki, onların bu narahatçılıqlarının arxasında Lapşinin Rusiya vətəndaşı olması durur”.

Əsgərlər üçün bayram tədbiri təşkil edilib

3 Fevral 2017 16:35

Astara rayon Gənclər və İdman İdarəsi və Rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə N saylı hərbi hissədə bir qrup fəal gəncin iştirakı ilə əsgər və zabitlər üçün 2 fevral “Gənclər günü” münasibətilə bayram şənliyi təşkil olunub.

Hicran Hüseynova Səudiyyə Ərəbistan Krallığına gedəcək

3 Fevral 2017 16:33

8-9 fevral 2017-ci il tarixlərində Səudiyyə Ərəbistan Krallığının Ciddə şəhərində “Evlilik, ailə institutu və bu dəyərlərin İslam Əməkdaşlıq Təşkilatı (İƏT) dövlətlərində qorunmasına həsr olunmuş İƏT-ə üzv dövlətlərin birinci Nazirlər Konfransı keçiriləcək. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinindən “Olaylar”a verilən məlumata götə, konfransda Komitəsinin sədri Hicran Hüseynova iştirak edəcək. Konfranda İslam dəyərləri, İslamda qadın hüquqlarının qorunması, Ərəb, Asiya, Afrika ölkələrində nikah və ailə institutunun üzləşdiyi problemlər və onların həlli müzakirə ediləcək, bu istiqamətlər ətrafında təqdimatlarla çıxışlar ediləcək. Konfransın yekununda bir sıra mühüm sənədlərin imzalanması ilə bağlı müzakirələrin aparılması nəzərdə tutulur.

Hadı Rəcəblidən mediaya qəribə QADAĞA

3 Fevral 2017 16:25

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin fevralın 6-da keçiriləcək komitə iclasına jurnalistlər dəvət olunmayıb.

"İmkanlı şəxslər siyasi partiyaları pulla alır"

3 Fevral 2017 16:23

Azərbaycanda bəzi imkanlı şəxslər siyasi partiyaları pulla alaraq gələcək məqsədləri üçün dondurulmuş vəziyyətdə saxlayır. Bu fikirləri Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib. 

Ana ölümlərinə görə bir neçə həkim işdən çıxarılıb

3 Fevral 2017 16:21

Bu ilin yanvar ayında baş vermiş ana ölümləri ilə əlaqədar bir neçə həkim cəzalandırılıb. Səhiyyə Nazirliyinin Doğuşa Yardım Komissiyasının sədri Sevinc Məmmədova  bildirib ki, yanvar ayında baş verən 6 ana ölümü hadisəsindən 4-ü araşdırılıb. 

Tariflərin müəyyənləşməsi ilə bağlı hüquqi məsələlərin həlli istiqamətində işlər aparılır

3 Fevral 2017 16:20

“Hazırda tariflərin müəyyən edilməsi ilə bağlı hüquqi məsələlərin həll olunması istiqamətində işlər aparılır”. Bu sözləri Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının iclasında şuranın sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, bu istiqamətdə görülən işlər başa çatdırıldıqdan sonra qrafikin elan olunması və müəyyən tədbirlərin (sınaq imtahanları, sənəd qəbulu və s.) başlanması mümkün olacaq.

Arvadıyla birgə İŞİD-ə qoşulan şəxsə HÖKM OXUNDU

3 Fevral 2017 16:18

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada döyüşlərdə iştirak etməkdə təqsirləndirilən Mahir Musayev və Şükür Babayevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Lev Spivak: "Erməni diaspor təşkilatlarının çoxu, ilk növbədə, erməni xalqının üzərində parazitlik edir"

3 Fevral 2017 16:14

Bir çox erməni diaspor təşkilatları ilk növbədə erməni xalqının üzərində parazitlik edir. Bunu "İsrail-Azərbaycan" Assosiasiyasının baş direktoru Lev Spivakdeyib.

Baladadaş “İlin aktyoru” oldu

3 Fevral 2017 16:12

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi 2 Fevral Gənclər Günü münasibətilə 2016-cı ildə fəaliyyəti ilə fərqlənmiş, uğur qazanmış gəncləri mükafatlandırıb. Azərbaycan Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu “Olaylar” – a  bildirib ki, “İlin gənc aktyoru” nominasiyasında mükafata tamaşaçılara Baladadaş kimi yaxşı tanış olan Əmrah Dadaşov layiq görülüb.

Türkiyə referenduma 190 milyon lirə xərcləyəcək

3 Fevral 2017 16:10

Türkiyə Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı referendumun keçirilməsinə 190 milyon lirə (təxminən 97 milyon 90 min manat, yaxud 50 milyon 804 min dollar) məbləğində maliyyə vəsaiti xərclənəcək.