Əsgərlər üçün bayram tədbiri təşkil edilib
Astara rayon Gənclər və İdman İdarəsi və Rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə N saylı hərbi hissədə bir qrup fəal gəncin iştirakı ilə əsgər və zabitlər üçün 2 fevral “Gənclər günü” münasibətilə bayram şənliyi təşkil olunub.
3 Fevral 2017 16:35 SosialAstara rayon Gənclər və İdman İdarəsi və Rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə N saylı hərbi hissədə bir qrup fəal gəncin iştirakı ilə əsgər və zabitlər üçün 2 fevral "Gənclər günü" münasibətilə bayram şənliyi təşkil olunub. "OLAYLAR"-ın GİN-ə istinadən verdiyi xəbərə görə, tədbirdə Gənclər və İdman İdarəsinin rəisi Ərçə Əliyev Gənclər günü münasibətilə gəncləri təbrik edib, onlara xidmətlərini uğurla başa vurmağı arzulayıb. Ərçə Əliyev çıxışında 1990-1993-cü illərdə Azərbaycan gənclərinin vəziyyətindən, ümumilli lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra gənclərə göstərilən diqqət və qayğıdan bəhs edib, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yaradılması, ilk Gənclər forumu və Gənclər gününün təsis edilməsi haqqında məlumat verib, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin bugün ölkə rəhbəri cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. O həmçinin Astara rayonunda Gənclər siyasətini həyata keçirən Astara rayon Gənclər və İdman İdarəsinin gördüyü işlər haqqında məlumat verib. 2 fevral Azərbaycan gəncləri günü münasibətilə tədbirdə dövlət sərhədlərinin etibarlı mühafizəsində, ictimai hazırlıqda müsbət nəticələr əldə etdiyinə görə bir qrup sərhədçilər Gənclər və İdman İdarəsinin fəxri fərmanları və xatirə hədiyyələri ilə təltif olunublar.