Baladadaş “İlin aktyoru” oldu

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi 2 Fevral Gənclər Günü münasibətilə 2016-cı ildə fəaliyyəti ilə fərqlənmiş, uğur qazanmış gəncləri mükafatlandırıb. Azərbaycan Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu “Olaylar” – a  bildirib ki, “İlin gənc aktyoru” nominasiyasında mükafata tamaşaçılara Baladadaş kimi yaxşı tanış olan Əmrah Dadaşov layiq görülüb.

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi 2 Fevral Gənclər Günü münasibətilə 2016-cı ildə fəaliyyəti ilə fərqlənmiş, uğur qazanmış gəncləri mükafatlandırıb. Azərbaycan Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu "Olaylar" - a  bildirib ki, "İlin gənc aktyoru" nominasiyasında mükafata tamaşaçılara Baladadaş kimi yaxşı tanış olan Əmrah Dadaşov layiq görülüb. Əmrah Dadaşov ötən il Xalq yazıçısı Elçinin məşhur hekayələri əsasında səhnələşdirilmiş "Baladadaşın toy hamamı" iki hissəli musiqili lirik komediyasında baş qəhrəmanı - Baladadaş obrazını canlandırmaqla böyük səhnəyə gəlib, tamaşaçıların rəğbət və sevgisini qazanıb. "Özümü çox xoşbəxt hiss edirəm. Düşünürəm ki, bu mükafat təkcə mənə yox, mənim simamda həm də teatrımızın gənclərinə, bizə bu işdə dəstək olan insanlara verilib. Sənətdə ilk addımımı Baladadaş obrazı ilə atdım. Musiqili Teatrın direktoru Əliqismət Lalayevə təşəkkür edirəm ki, hələ tələbə ikən bu obrazı mənə etibar etməklə böyük etimad göstərdi", - deyə Əmrah Dadaşov bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31