Rusiya Belarusa təzyiq edir
“Sergey Lavrovun ardından Rusiyanın Xarici İşlər Nazirliyinin sözcüsü Mariya Zaxarova da üçlü vətəndaşlığı və daha artıq da sifəti olan, Azərbaycan qanunlarını kobud şəkildə pozaraq Dağlıq Qarabağa gedib oradakı cinayətkar və separatçı rejimi təbliğ edən, rəsmi Bakının tələbiylə Belarusda tutulan Andrey Lapşinin ölkəmizə təhvil verilməsinə qarşı çıxdıqlarını bildirib. Xanım Zaxarova bunun baş verməməsi üçün Belarusla danışılaq aparıldığını deyir və açıqlamasından belə çıxır ki, onların bu narahatçılıqlarının arxasında Lapşinin Rusiya vətəndaşı olması durur”.
3 Fevral 2017 16:36 SosialLapşinin Azərbaycana təhvil verilməməsi üçün
"Sergey Lavrovun ardından Rusiyanın Xarici İşlər Nazirliyinin sözcüsü Mariya Zaxarova da üçlü vətəndaşlığı və daha artıq da sifəti olan, Azərbaycan qanunlarını kobud şəkildə pozaraq Dağlıq Qarabağa gedib oradakı cinayətkar və separatçı rejimi təbliğ edən, rəsmi Bakının tələbiylə Belarusda tutulan Andrey Lapşinin ölkəmizə təhvil verilməsinə qarşı çıxdıqlarını bildirib. Xanım Zaxarova bunun baş verməməsi üçün Belarusla danışılaq aparıldığını deyir və açıqlamasından belə çıxır ki, onların bu narahatçılıqlarının arxasında Lapşinin Rusiya vətəndaşı olması durur". "OLAYLAR"-ın xəbərinə görə, məsələyə münasibət bildirən millət vəkili Sahib Alıyev deyib ki, o zaman ortaya maraqlı sual çıxır: "Nədən Mariya Zaxarova və şefi ölkələriylə yanaşı İsraillə Ukraynanın da pasportlarını daşıyan Lapşinin qayğısına bu cür qaldıqları halda, ancaq Rusiya vətəndaşı olan, hazırda erməni girovluğunda saxlanılan Dilqəm Əsgərovun azadlığa buraxılmasını tələb etmirlər. Özü də onun ağır xəstə olduğunu bilə-bilə. Bəlkə ona görə ki, Lapşin Dağlıq Qarabağa gedərək oradakı cinayətkar və separatçı rejimin özünəbənzər təmsilçilərini dəstəkləyib, Dilqəm Əsgərov isə əksinə Azərbaycan torpaqlarının işğal altında olmasına qarşı çıxıb. Hər halda kim də bilməsə Lavrovla Zaxarova yaxşı bilirlər ki, Dilqəm doğulub-böyüdüyü Kəlbəcərə, həm də işğala qarşı çıxdığını göstərmək üçün getmişdi".