“Qaranquş” təqdim olundu
4 fevral tarixində “TEAS PRESS” Nəşriyyat Evinin yeni məhsulu olan, uşaqlar üçün nəzərdə tutulan “Qaranquş” adlı aylıq jurnalının ilk buraxılışının təqdimatı keçirildi. 44 səhifəlik jurnalın hazırlanmasında Azərbaycanın tanınmış uşaq yazarlarının hekayələri, məqalələri yer alır. Bu yazılarda uşaqların yaş həddi, maraqları nəzərə alınıb. Jurnalın əsas maskotu fərqli dizayn edilmiş qaranquşdur və oxucular üçün müxtəlif məlumatlar onun dilindən təqdim olunur.
3 Fevral 2017 16:44 MədəniyyətBu gün "TEAS PRESS" Nəşriyyat Evinin yeni məhsulu olan, uşaqlar üçün nəzərdə tutulan "Qaranquş" adlı aylıq jurnalının ilk buraxılışının təqdimatı keçirildi. 44 səhifəlik jurnalın hazırlanmasında Azərbaycanın tanınmış uşaq yazarlarının hekayələri, məqalələri yer alır. Bu yazılarda uşaqların yaş həddi, maraqları nəzərə alınıb. Jurnalın əsas maskotu fərqli dizayn edilmiş qaranquşdur və oxucular üçün müxtəlif məlumatlar onun dilindən təqdim olunur.
Qeyd edək ki, jurnal hazırlanarkən ibtidai siniflər üçün tədris planında yer alan mövzulara uyğun hekayə və məqalələr yazılıb. Məhz bu xüsusiyyətinə görə jurnal həm müəllimlər, həm də şagirdlər üçün xüsusilə faydalıdı.
Əsasən 5-10 yaş arası uşaqlar üçün nəzərdə tutulan "Qaranquş" jurnalının digər bir üstünlüyü isə burada ingilis dilində mövzuların, tapşırıqların olmasıdır. "Letchr("39")s Learn English" rubrikası uşaqları ingilis dilini öyrənməyə həvəsləndirir. "Qaranquş" uşaq jurnalı uşaqları əyləndirməklə yanaşı, onlara yeni informasiyalar verməklə, əlavə elmi-metodik vəsait rolunu oynayır.
Jurnalın baş redaktoru Aysel Zahidqızı "Olaylar" - a bildirdi ki, jurnal ilk olaraq 300 min tirajla cap olunub. "Burada yer alan rubrikalar vasitəsilə balacalar həm maraqlı informasiyalar əldə edə, həm də asudə vaxtlarını səmərəli keçirə biləcək oyunlar oynayacaq. Hər ay çıxacaq jurnala valideynlər 6 ay və bir illik abunə ola bilərlər.
Saytımızda uşaqlar qeydiyyatdan keçməklə öz yazılarını, şerlərini bizə göndərə bilərlər. Onların içərisində uyğun olanı seçib, saytımızda və jurnalda yerləşdirəciyik" , - deyə Aysel xanım qeyd etdi.
Qeyd edək ki, ,jurnalın məqsədlərindən biri müəllimlər üçün əlavə metodik vəsaitə çevrilməkdi. Bunun üçün jurnalda yer alan yazılar PYP proqramına uyğun hazırlanmalıdır
PYP IB Proqram- Beynəlxalq Balakavriatın İbtidai Təhsil Proqramı şagirdlərin təhsil, sosial və emosional səviyyəsini inkişaf etdirməyə yönəlib. Bu program IB şagirdinin təsvirinə uyğun olaraq, beynəlxalq səviyyəli düşüncə tərzi (intellekt) və güclü şəxsi dəyərlər də daxil olmaqla müxtəlif xüsusiyyətlər aşılamaq məqsədi daşıyır.