Aydın Əliyev BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidentini təltif edib
Fevralın 3-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrellin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
3 Fevral 2017 16:39 SosialFevralın 3-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrellin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə DGK-dan "Olaylar"a verilən məlumata görə, Azərbaycanda fəaliyyət göstərən ən iri neft şirkəti kimi BP ilə gömrük orqanları arasında mövcud əlaqələrdən söhbət açan Komitə sədri Aydın Əliyev bidirib ki, bu istiqamətdə gömrük orqanlarının üzərinə düşən vəzifələri layiqincə yerinə yetirib. 25 yaşlı Azərbaycan Gömrüyünün keçdiyi inkişaf yoluna qısaca nəzər salan A. Əliyev gömrük orqanlarının peşəkar kadrların hazırlanması, gömrük işi sahəsində informasiya texnologiyalarının tətbiqi, beynəlxalq əlaqələrin və əməkdaşlığın gücləndirilməsi, hüquqpozmalara qarşı mübarizə və digər sahələrdə əldə etdiyi mühüm nailiyyətlərdən də bəhs edib. Səmimi qəbula görə Dövlət Gömrük Komitəsi sədri Aydın Əliyevə təşəkkür edən BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell ilk olaraq Azərbaycan Gömrük Xidmətinin yaradılmasının 25 iillik yubileyi münasibətilə səmimi təbriklərini çatdırıb, "Əsrin müqaviləsi"ndən sonra ilkin neftin əldə olunması, bu istiqamətdə layihələrin uğurla həyata keçirilməsi yolunda BP şirkəti tərəfindən çox mühüm işlər görüldüyünü söyləyib. Qordon Birrell gömrük sistemi ilə əməkdaşlığın yüksək səviyyədə olduğunu, uzun illərdən bəri mövcud olan bu işgüzar əlaqələrin gələcəkdə daha da genişlənəcəyinə əminliyini ifadə edib. Sonra Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrellin"Gömrük əməkdaşlığının möhkəmləndirilməsinə görə" Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin döş nişanı ilə təltif olunduğunu qeyd edərək, döş nişanını qonağa təqdim edib. BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell isə öz növbəsində Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevə xatirə hədiyyələri təqdim edib.