Türkiyə referenduma 190 milyon lirə xərcləyəcək

Türkiyə Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı referendumun keçirilməsinə 190 milyon lirə (təxminən 97 milyon 90 min manat, yaxud 50 milyon 804 min dollar) məbləğində maliyyə vəsaiti xərclənəcək.

Türkiyə Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı referendumun keçirilməsinə 190 milyon lirə (təxminən 97 milyon 90 min manat, yaxud 50 milyon 804 min dollar) məbləğində maliyyə vəsaiti xərclənəcək. Bunu Türkiyənin maliyyə naziri Naci Ağbal bildirib. Onun sözlərinə görə, dövlət büdcəsindən seçkilər üçün xərclərdən 190 milyon lirə ayrılıb.

Qeyd edək ki, bu il aprelin əvvəlində Türkiyə Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı referendumun keçirilməsi nəzərdə tutulub. Bu barədə "Haber7" xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31