Cənubi Qafqaz regionu ABŞ-ın yeni administrasiyasının xarici siyasətində prinsipial görünmür

Birləşmiş Ştatların yeni seçilmiş prezidenti Donald Trampın sıələfindən fərqli olaraq Rusiya ilə münasibətlərdə bir qədər normallaşmaya meyilli olması, Vaşinqtonla Moskvanın bir sıra regional məsələlərdə ümumi razılığa gələcəyi ümidləri artırıb. Bu sırada Cənubi Qafqaz regionu da ön planda dayanır. İddia edilir ki, tərəflərin yerləşdiyimiz coğrafiya üzrə ümumi dil tapa bilməsi, Dağlıq Qarabağ probleminin həllinə də öz müsbət təsirini göstərə bilər. Bəs görəsən ekspertlər bu barədə nə düşünür?

Yeni hakimiyyət Cənubi Qafqazla yaxından tanış olmalıdır

Birləşmiş Ştatların yeni seçilmiş prezidenti Donald Trampın sıələfindən fərqli olaraq Rusiya ilə münasibətlərdə bir qədər normallaşmaya meyilli olması, Vaşinqtonla Moskvanın bir sıra regional məsələlərdə ümumi razılığa gələcəyi ümidləri artırıb. Bu sırada Cənubi Qafqaz regionu da ön planda dayanır. İddia edilir ki, tərəflərin yerləşdiyimiz coğrafiya üzrə ümumi dil tapa bilməsi, Dağlıq Qarabağ probleminin həllinə də öz müsbət təsirini göstərə bilər. Bəs görəsən ekspertlər bu barədə nə düşünür?

Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə deyir ki, yeni Ağ Ev rəhbəri Donald Tramp ilk növbədə Rusiya ilə beynəlxalq terrorizmlə mübarizədə əməkdaşlıq, Yaxın Şərq və Ukrayna məsələsində koordinasiyalı fəaliyyət göstərə bilər. Çünki, hazırda beynəlxalq konyukturada bu problemlər daha aktualdır və iki ölkənin əməkdaşlığı çərçivəsində bu problemlərin həlli istiqamətində əməkdaşlıq real görünür:" Donald Tramp da xarici siyasətdə bu məsələlərdə Rusiya ilə əməkdaşlıq edəcəyini vurğuladı. Son telefon söhbətlərində də bu kimi məsələlər müzakirə olunub. Təəssüf ki, Cənubi Qafqaz regionu hazırda ABŞ-ın yeni administrasiyasının xarici siyasətində prinsipial görünmür. Görünür yeni hakimiyyət Cənubi Qafqazla yaxından tanış olmalıdır. Respublikaçılar, prinsipcə Rusiyanın Cənubi Qafqazda mövqeyinin zəiflədilməsinə çalışıblar. Trampın elan etdiyi siyasətdə isə qaranlıq məqamlar qalmaqdadır. ABŞ-ın Cənubi Qafqazda Rusiya ilə koordinasiyalı şəkildə fəaliyyət göstərməsi yaxın perspektivdə mümkün görsənmir. ABŞ çalışacaq ki, bir müddət Krım və Yaxın Şərqdə Rusiya ilə problemləri qaydasına qoysun. Bu problemlər davam etdikcə, Qarabağ münaqişəsi diqqətdən bir qədər kənar qala bilər. Çünki ABŞ və Rusiya 20 ildir ki, Minsk qrupunun həmsədridir. Bu illər ərzində hər iki ölkə münaqişənin nizamlanmasında vasitəçilikdə demək olar ki, ortaq mövqe nümayiş etdiriblər. ABŞ bu illər ərzində münaqişə tərəflərini Rusiyasız bir neçə dəfə ABŞ-a dəvət edib görüşdürsə də, Rusiya bütün danışıqları Ermənistana təsir edərək, pozub. Ki Uest danışıqları buna nümunədir. Minsk qrupunda ABŞ-ın fəaliyyəti demək olar ki, zəifləyib. Burada əsas söz sahibi Rusiyadır. Rusiya da hazırda danışıqların davam etməsini əngəlləyib və status-kvonu saxlamağa çalışır. ABŞ-ın yeni həmsədrinə gəkdikdə isə, o ABŞ-ın siyasətini aparır. ABŞ münaqişəyə ciddi yanaşarsa, həmsədr aktiv işləyəcək. Belə görünür ki, bu il Minsk qrupunun fəaliyyəti demək olar ki, özfəaliyyətdən kənar çıxmayacaq. Şablon bəyanatlar və regiona səfərlərlə öz missiyalarını həyata keçirəcəklər. Onu da qeyd edim ki, Minsk qrupunun 20 ildir apardığı siyasət ötən ilin aprelində fiaskoya uğradı. Burada təmsil olunan üç dövlətin maraqları eynidir. Necə ola bilər ki, ABŞ-Rusiya beynəlxalq münaqişələrdə düşmən və savaş halındadır. Qarabağ münaqişəsində isə həmrəydir. Demək burada ədalətdən danışmağa dəyməz. Azərbaycan bu qrumdan artıq heç nə gözləmir. Minsk qrupu status-kvonun qorunması üçün fəaliyyət göstərir. Azərbaycan hazırda bu qrumu legitim kimi qəbul etmir. Beynəlxalq kontyuktura naminə bu qrumu hesaba alır. Əsas burada rol Rusiyadır. Azərbaycan hələlik Rusiya ilə danışıqlara üstünlük verməlidir. ABŞ və Avropa da Rusiyanın münaqişədə əsas rolunu qəbul edib. Halbuki, bunu qəbul etməklə, böyük siyasi səhvlərə gediblər. Çünki Rusiya Azərbaycanı tək görüb, istədiyi şərtləri diktə etməkdədir. Minsk qrupundan çıxmağın, ya qalmağın hazırda heç bir siyasi üstünlüyü yoxdur". Azərbaycan və Ermənistan XİN rəhbərlərinin yeni bir görüşünün keçiriləcəyi barədə xəbərlərə də toxunan politoloq deyib ki, Lavrovun Qarabağla bağlı son açıqlaması münaqişənin qızışmasına səbəb olan açıqlama idi: "Və ardınca Elmar Məmmədyarovun Moskvaya səfəri, ondan əvvəl Ermənistan XİN rəhbərinin Lavrovla görüşü diqqət çəkicidir. Görünür, ayrı-ayrılıqda Rusiya tərəflərə yeni həll formulu irəli sürüb və XİN rəhbərlərini görüşdürməklə, birgə müzakirə etmək istəyir. Amma Elmar Məmmədyarovun Qətərin XİN rəsmisi ilə mətbuata açıqlamasında Lavrovla görüşdən nikbinliyin olmamasını vurğulaması, Rusiyanın irəli sürdüyü formatın Azərbaycanın maraqlarına cavab vermədiyini göstərir. Rusiya XİN rəhbərlərini görüşdürsə də, hər hansı bir müsbət irəliləyiş əldə olunmayacaq. Qeyd edim ki, Ermənistan hazırda danışıqlardan yayınmaqda və təmas xəttində təxribatlar etməklə vəziyyəti gərginləşdirir. Ermənistan prezidenti Serj Sərkisyanın son açıqlaması bir daha sübut edir ki, Ermənistan sülhdən uzaqdır. Yanvar ayı cəbhədə gərgin vəziyyətlə müşayiət olundu . Ermənistan bir neçə hərbi qulluqçusunu itirdi. Həmçinin Ermənistanın ötən ilin dekabrında sərhəddə diversiyası nəticəsində Azərbaycan hərbiçisinin nəşini özləri ilə aparıb, bu günə kimi geri verməməsi, Ermənistanın danışıqları sabotaj etməsinə hesablanıb. Bu vəziyyət cəbhədə müharibə ehtimalını gücləndirir. Son beş ayda Ermənistan real danışıqlara başlamasa, müharibə qaçılmaz olacaq. Bu iki ay da ola bilərdi. Çünki, apreldə Ermənistanda seçkilərdi. Çox güman ki, seçkiləri Azərbaycan gözləməli olacaq. Buna baxmayaraq, beynəlxalq təşkilatlarda Azərbaycan diplomatiyası fəaliyyət göstərir. AŞPA-da yenidən Ermənistanın işğalçı ölkə olması qətnaməsinin qəbulu və Belarusda ermənipərəst blogger Lapşinin həbsi və eksdrasiyası Ermənistan üzərində diplomatik qələbədir. Və bu işləri dəstəkləyirik". Ermənistanın Rusiya və İrandan yeni silahlar almaq istiqamətindəki fəaliyyətlərə gəlincə, Məhəmməd Əsədullazadə deyib ki, Azərbaycan hazırda Ermənistanla müqayisə dərəcəsindən də artıq silah arsenalına malikdir: "Bu gün ölkəmiz İsraildən 5-ci nəsil silahlar almaqla regionunda son model silahlara malikdir. Ermənistan isə 2-ci nəsil silahlara malikdir. Bu müqayisə göstərir ki, Azərbaycanın yeni taktiki hücumu Ermənistan Silahlı Qüvvələrini tam əzməyə imkan verir. Aprel savaşı göstərdi ki, Azərbaycan Ermənistanın müdafiə xəttini bir saata dağıtmağa hazırdı". Politoloq onu da deyib ki, bu gün beynəlxalq müstəvidə Qarabağ münaqişəsi yetərincə tanınır: "Azərbaycan diplomatiyası bunu BMT, AŞPA və digər nüfuzlu beynəlxalq təşkilatlar çərçivəsində hazırda tanıtmaqdadır. Bu qrumlar, Ermənistanı işğalçı ölkə kimi tanıyan qətnamələr qəbul edib. Bu gün dövlət səviyyəsində bu işlər həyata keçirilir. Burada Azərbaycanın xaricdə diaspor təşkilatları və lobbiçilik fəaliyyəti də mühüm rol oynamalıdır. Çünki, bu istiqamətdə aparılan işlər daha da effektli olur. Dünyada lobbiçilik hakimiyyət və dövlətlərə təsir etmək imkanına malik ən effektli bir fəaliyyət sahəsidir. Azərbaycanlılar ABŞ və Avropada hesab edirəm ki, Qarabağ haqqında əlaqələr qurduğu dövlətlərlə sıx işləməlidir. Qeyri Hökumət Təşkilatlarının da bu sahədə verəcəyi töhfə də danılmazdır. Beynəlxalq təşkilatlarla əlaqlərində Qarabağ həqiqətlərini tanıtmaq ən uğurlu işdir. ABŞ və Avropanın nüfuzlu institutlarında, təhsil mərkəzlərində diaspor təşkilatlarımız Qarabağ haqqında tədbirlər keçirməlidir. Fikir versək, beynəlxalq "Google" şirkətinin elektron xəritəsində Azərbaycanın işğal olunmuş ərazilərində erməni hərfləri ilə işğal rayonların adı qeyd edilib. Bu kimi, yanlışlıqları aradan qaldırmaq üçün geniş fəaliyyət proqramı hazırlanmalıdır. Əsasən informasiya texnologiyalarında bu işdə erməniləri üstələməliyik. Müxtəlif dillərdə nəşrlər və sosial medianın imkanlarından bəhrələnməliyik". BMT Təhlükəsizlik Şurasının sədri Vladimir Yelçenkonun "Qarabağla bağlı irəliləyiş görünmür" fikirlərinə də toxunan politoloq deyib ki, BMT Təhlükəsizlik Şurasının sədrinin sözlərində həqiqət var: "Onlar prosesi görür və düzgün qiymətləndirirlər. Aprel döyüşlərindən sonra, müəyyən nikbinlik yaransa da, Rusiyanın Ermənistana verdiyi hərbi və siyasi dəstək Ermənistanın sonradan danışıqlardan yayınması ilə nəticələndi. Ötən ilin avqust ayından demək olar ki, danışıqların yerini sərt ritorika əvəzləyib. Ermənistan rəhbərliyi çalışır ki, cəbhədə vəziyyəti gərginləşdirməklə, danışıqlar masasına gəlməsin. Bu da prosesləri uzadır və münaqişənin həllinin mümkünsüzlüyünə gətirir. Təbii ki, burada Rusiya faktoru da var. BMT TŞ dörd qətnaməsi və Avropa Parlamentinin qəbul etdiyi qətnamlər də Ermənistanın işğal prosesinin qarşısın almaqda acizdi. Hazırda Qarabağ danışıqları dalandadı. Bunu yenidən irəlləyişə gətirmək üçün bütün diplomatik fəaliyyətlərdən istifadə olunur. Təəssüf ki, Ermənistan rəhbərliyi və havadarı status-kvonu qoruyur. Proseslər cəbhədə yenidən hərbi qarşıdurmaya aparır. Əlavə çıxış yolu diplomatiyadır, 20 ildir ki, bu səmərə vermir. Düşmənə mərhələləli şəkildə zərbələr endirməklə, irəlləyiş mümkündür. Masa üzərində beynəlxalq hüquq çərçivəsində olan bütün həll variantları, Ermənistan tərəfindən qəbul edilmir. Ermənistan və Azərbaycan XİN rəhbərlərinin görüşü də səmərəli deyil. Bu vaxtı uzatmaqdır. Onlar görüşüb nə danışacaq? Bütün nə varsa, danışılıb. Yalnız çıxış yolu, güc tətbiqindədi. ABŞ və Avropa da Yaxın Şərqdə hansı münaqişəni sülh yolu ilə həll edib? Güc tətbiq etməklə ədaləti yerinə yetirmək lazımdır. Buna beynəlxalq hüquq normalarıda bizə şərait yaradır".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31