Çin 6 günə turizmdən 61 milyard dollar qazanıb
Bahar bayramı (Çin Ay təqvimi üzrə Yeni il) günlərində Çin Xalq Respublikasının turizm sektoru ölkəyə 423 milyard yuan (61 milyard dollardan çox) gəlir gətirib.
3 Fevral 2017 15:59 DünyaBahar bayramı (Çin Ay təqvimi üzrə Yeni il) günlərində Çin Xalq Respublikasının turizm sektoru ölkəyə 423 milyard yuan (61 milyard dollardan çox) gəlir gətirib. Bu barədə "Jenmin Jibao" qəzeti yazıb.
Sözügedən göstəricinin artımı 2016-cı ilin analoji dövrü ilə müqayisədə 16% təşkil edib. Bayram günlərində 344 milyon nəfər çinli ölkədaxili səfərlər edib ki, bu da ötənilkindən 14% çoxdur. Daha 6,15 milyon nəfər xarici ölkələrə səfər edib (7% arttın).
Çin ərazisində Yen i il bayramı münasibətilə yanvarın 28-dən fevralın 2-nə qədər tətil olub. Virtualaz.org
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31