Gündəm
77 yaşlı İsmayıl kişidən İYRƏNC HƏRƏKƏT: itlə...
İstanbulda küçə itinə təcavüz etdiyi iddia edilən kişi heyvan sevərlərin şikayəti əsasında həbs olunub.
Timoşenko Trampla arasındakı SİRRİ AÇDI: “Mənimlə tualetin qarşısında...”
“Əgər hər kəs tualetin yanında ABŞ prezidenti ilə görüşə bilsəydi, düşünürəm ki, bütün dünya bu gün orada olardı və prezidenti tualetdə tutardı”.
"Kara sevda"da çoxlarının diqqət yetirmədiyi gizli mesaj - VİDEO
Türkiyənin ən çox baxılan ikinci serialı "Kara sevda"nın ötən gün yayımlanan seriyasında çoxlarının diqqət yetirmədiyi gizli mesaj verilib.
“Yol əhvalatı” kinokomediyası da özbək dilinə dublyaj edilib
Özbəkistandakı səfirliyimizin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə azərbaycanlı rejissor Teymur Bəkirzadənin çəkdiyi “Yol əhvalatı” kinokomediyası özbək dilinə dublyaj olunub.
Azərbaycanla Belarus arasında dostluq münasibətlərinin nümunəsi
Bu günlərdə Ermənistan cəmiyyəti başda işğalçı ölkənin prezidenti Serj Sərkisyan olmaqla dərin məyusluq içərisindədir. Aprel uğursuluğunun fəsadlarını aradan qaldırmağa müvəffəq olmadan Azərbaycan Prezidenti İlham Əliyevin Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı imzaladığı sərəncam, eləcə də qəhrəman şəhidimiz Çingiz Qurbanovun nəşinin geri alınması istiqamətində əldə etdiyimiz nailiyyət, bu günlərdə isə Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik edərək işğal altında olan Dağlıq Qarabağa səfərlər edərək separatçı rejimin təbliğatçısı rolunda çıxış edən Aleksandr Lapşinin ölkəmizə ekstradisiyası İrəvan üçün şok effekti yaradıb.
Qarlı günlər
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə Bakıda və Abşeron yarımadasında fevralın 10-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Mülayim şimal küləyi əsəcək.
30 il görmədiyi atasını ÖLDÜRDÜ
Türkiyənin paytaxtı Ankara şəhərində ötən gün dəhşətli cinayət hadisəsi baş verib. “Olaylar” “ Sadecehaber” - ə istinadən bildirir ki, 35 yaşlı Özgür Ö. 30 il sonra gördüyü 64 yaşlı atasını döyərək öldürüb.
Filarmoniyada Xocalı faciəsi anılacaq
24 fevral 2017-ci il tarixində saat 19:00-da Azərbaycan Dövlət Filarmoniyasında Xocalı Soyqırımı Faciəsi qurbanlarının xatirəsinə həsr olunan tədbir keçiriləcək.
Ombudsman təsisatı və Beynəlxalq Miqrasiya Təşkilatı əməkdaşlıq istiqamətlərini müzakirə ediblər
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatında Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Sərhan Aktoprak və BMqT-nin Miqrantlara yardım bölməsinin yeni təyin edilmiş rəhbəri xanım Şarin Tuladhar ilə görüş keçirilib. Ombudsmanın mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, görüşdə miqrasiya, o cümlədən insan alverinə qarşı mübarizə sahəsində BMqT tərəfindən həyata keçirilən layihələr çərçivəsində qarşılıqlı əməkdaşlıq məsələlər müzakirə edilib.
Canəli Əkbərovun münsiflər əleyhinə senzurasız fikirləri mədəniyyət aləmində böyük etirazlar doğurdu
Xalq artisti Canəli Əkbərovun Mənsum İbrahimov, Arif Babayev, Səkinə İsmayılova, Əlibaba Məmmədov və Sərdar Fərəcov barədə son günlər mətbuatda işlətdiyi qeyri-etik ifadələr mədəniyyət sferasında böyük narahatlıq yaradıb.
İrandan narkotik keçirmək cəhdinni qarşısı alınıb
Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədində narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi, qaçaqmalçılıq və qeyri-leqal miqrasiyanın qarşısının alınması istiqamətində tədbirlər uğurla davam etdirilir.
Gömrük nəzarətindən gizlədilən 40 kiloqram barıt aşkar edilib
Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" Gömrük Postunda Gürcüstan Respublikasından Azərbaycan Respublikasına minik maşını ilə gələn Azərbaycan Respublikası vətəndaşı ilə gömrük bəyannaməsinin bəndlərinə uyğun olaraq şifahi sorğu-sual aparılıb. Dövlət Gömrük Komitəsindən “Olaylar”a verilən məlumata görə, ona idarə etdiyi avtomobildə gizlədilən və gömrük nəzarətinə mütləq bəyan olunası hər hansı predmetin olub-olmaması barədə sual verilib.
Əmək Nazirliyi əlilliyi olan şəxsləri təmin edib
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyi olan şəxslərin dayaq-hərəkət sisteminin itirilmiş funksiyalarının bərpası məqsədilə onların protez-ortopedik məmulat və reabilitasiya vasitələri ilə təmin edilməsi işləri davam etdirilib.
45 yaşlı qadının kirayə yaşadığı evdə meyit tapılıb
Fevralın 8-də Göyçay rayon sakini 45 yaşlı Zülfiyyə Rəhimovanın üzərində zorakılıq əlamətləri olan meyiti Suraxanı rayonunun Hövsan qəsəbəsində kirayədə yaşadığı evdə tapılıb. “Olaylar” Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Suraxanı RPİ 30-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin Sabirabad rayon sakini 25 yaşlı Paşa Cəbrayılov tərəfindən törədilməsi müəyyən edilib. Sabirabad RPŞ əməkdaşları tərəfindən görülən profilaktiki tədbir nəticəsində P.Cəbrayılov könüllü RPŞ-yə gələrək hadisəni törətməsini etiraf edib. Araşdırma aparılır.
Baharın Azərbaycana gələcəyi vaxt bəlli oldu
Bu il Azərbaycan ərazisində baharın gəlişi martın 20-i Bakı vaxtı ilə təxminən saat 14:29 radələrində baş verəcək. Bu barədə məlumatı AMEA-nın Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov verib. Onun sözlərinə görə, martın 19-da Günəş səmanın cənub yarımkürəsindən şimal yarımkürəsinə keçid edəcək. Həmin an Günəş Yerin hərəkət müstəvisi ilə Yerin ekvator müstəvisinin kəsişdiyi nöqtədə olacaq. Bu nöqtəyə astronomiyada “yaz bərabərliyi nöqtəsi” deyilir. Günəş həmin nöqtədə olanda gecə və gündüz bərabərliyi qeydə alınacaq. Həmin andan şimal yarımkürəsində astronomik bahar başlayır və bu, iyunun 21-dək davam edir.














