Ombudsman təsisatı və Beynəlxalq Miqrasiya Təşkilatı əməkdaşlıq istiqamətlərini müzakirə ediblər

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatında Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Sərhan Aktoprak və BMqT-nin Miqrantlara yardım bölməsinin yeni təyin edilmiş rəhbəri xanım Şarin Tuladhar ilə görüş keçirilib. Ombudsmanın mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, görüşdə miqrasiya, o cümlədən insan alverinə qarşı mübarizə sahəsində BMqT tərəfindən həyata keçirilən layihələr çərçivəsində qarşılıqlı əməkdaşlıq məsələlər müzakirə edilib.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatında Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Sərhan Aktoprak və BMqT-nin Miqrantlara yardım bölməsinin yeni təyin edilmiş rəhbəri xanım Şarin Tuladhar ilə görüş keçirilib. Ombudsmanın mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, görüşdə miqrasiya, o cümlədən insan alverinə qarşı mübarizə sahəsində BMqT tərəfindən həyata keçirilən layihələr çərçivəsində qarşılıqlı əməkdaşlıq məsələlər müzakirə edilib. Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı beynəlxalq tərəfdaşların tövsiyələrinin yerinə yetirilməsi, bu məqsədlə daim beynəlxalq əməkdaşlığın diqqətdə saxlanıldığını vurğulayıb. Qeyd edilib ki, Müvəkkil və Aparatın əməkdaşları tərəfindən mütəmadi olaraq Dövlət Miqrasiya Xidmətinin Qanunsuz Miqrantların Saxlama Mərkəzlərinə baş çəkilərək, orada saxlanılan şəxslərin vəziyyəti, qidalanması, tibbi yardım alması, onlara qarşı rəftar və problemləri öyrənilir, həmin şəxslərə Ombudsmanın səlahiyyətləri çərçivəsində kömək göstərilir. Səlahiyyətli dövlət orqanlarına təkliflər verildiyi və müsbət nəticələr əldə olunduğu vurğulanıb. A.Səfixanlı bu sahədə çalışan dövlət qulluqçuları üçün insan hüquqlarının müxtəlif sahələri üzrə milli və beynəlxalq standartlar əsasında planlı və ardıcıl təlimlərin həyata keçirilməsi ilə bağlı bir sıra tövsiyələrini qonaqların diqqətinə çatdırıb. BMqT-nin cari ildə ölkə üzrə fəaliyyətinin əsas proritet istiqamətləri haqqında məlumat verən qonaqlar Ombudsman təsisatı ilə əməkdaşlıqda maraqlı olduqlarını diqqətə çatdırıblar. Görüşdə Ombudsman təsisatı və BMT arasında əməkdaşlıq sazişinin imzalanması məsələsi də müzakirə edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31