Qarlı günlər
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə Bakıda və Abşeron yarımadasında fevralın 10-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Mülayim şimal küləyi əsəcək.
9 Fevral 2017 13:58 SosialEkologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə Bakıda və Abşeron yarımadasında fevralın 10-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Mülayim şimal küləyi əsəcək.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 0-2 dərəcə şaxta, gündüz 3-5 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu, nisbi rütubət 85-95 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında fevralın 10-da hava şəraitinin arabir yağıntılı olacağı, qar yağacağı, gündüz saatlarında bəzi rayonlarda yağıntılarda fasilə olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti, dağlarda gecə 4-9, gündüz 0-4 dərəcə şaxta olacaq.
Tibbi-meteoroloji proqnoz
Fevralın 12-dək Abşeron yarımadasında rütubətli hava şəraitinin üstünlüyü bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər.