"Kara sevda"da çoxlarının diqqət yetirmədiyi gizli mesaj - VİDEO
Türkiyənin ən çox baxılan ikinci serialı "Kara sevda"nın ötən gün yayımlanan seriyasında çoxlarının diqqət yetirmədiyi gizli mesaj verilib.
9 Fevral 2017 14:14 DünyaTürkiyənin ən çox baxılan ikinci serialı "Kara sevda"nın ötən gün yayımlanan seriyasında çoxlarının diqqət yetirmədiyi gizli mesaj verilib. Ekran işinin dünən yayımlanan seriyasında Türkiyədə keçiriləcək referendumla bağlı mesaj verilib. Belə ki, ekran işinin son səhnəsində Kemal obrazı ilə Emir obrazı arasında "hə" - "yox" dialoqu gecəyə damğa vurub. Rejissorun referendumla bağlı mesajı hazırda sosial şəbəkələrdə trend olub.
Qeyd edək ki, bu ilin aprel ayında Türkiyədə yeni konstitusiya üzrə referendum keçirilməsi nəzərdə tutulur. Bu barədə Milli.az "Haberler"ə istinadla xəbər verir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31