30 il görmədiyi atasını ÖLDÜRDÜ

Türkiyənin paytaxtı Ankara şəhərində ötən gün dəhşətli cinayət hadisəsi baş verib. “Olaylar” “ Sadecehaber” - ə istinadən bildirir ki, 35 yaşlı Özgür Ö. 30 il sonra gördüyü 64 yaşlı atasını döyərək öldürüb.

Türkiyənin paytaxtı Ankara şəhərində ötən gün dəhşətli cinayət hadisəsi baş verib. "Olaylar" " Sadecehaber" - ə istinadən bildirir ki, 35 yaşlı Özgür Ö. 30 il sonra gördüyü 64 yaşlı atasını döyərək öldürüb.

Qeyd edək ki, hadisə Ankaranın Keçiörən meydanında baş verib. Verilən məlumatlara görə, 30 il öncə ailəsini tərk edərək Antalyaya köçən Hüseyn Ö. ailə qurmağa hazırlaşan 35 yaşlı oğlu Özgürü görmək üçün Ankaraya gəlib.  Uzun illər görüşməyən ata oğul spirtli içki qəbul etdikdən bir qədər sonra Yozqat bulvarında söhbət ediblər. Ata oğulun bu söhbəti mübahisəyə səbəb olub. Bir qədər sözlü mübahisə edən ata və oğul, daha sonra əlbəayağa dava ediblər. Oğlundan aldığı zərbələr nəticəsində Hüseyn Ö. bir müddət hərəkətsiz qalıb. Bunu görən oğlu Özgür Ö. təcili yardıma zəng edib. Hadisə yerinə gələn həkimlər atanın vəfat etdiyini bildiriblər. Polis Özgür Ö - nü hadisə yerindəcə həbs edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31