Gündəm
Dəmir yolunda gücləndirilmiş iş rejimi tətbiq olunub
Respublika ərazisində müşahidə olunan sərt hava şəraiti ilə əlaqədar «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin kollektivi gucləndirilmiş iş rejimində çalışır. Bu barədə məlumat “OLAYLAR”-a Səhmdar Cəmiyyətin ictimaiyyətlə əlaqələr şöbəsindən daxil olub.
"Amerikalı və rusiyalı generalların görüş məkanı kimi Bakının seçilməsi təsadüfü deyil"
Amerikalı və rusiyalı generalların görüş məkanı kimi Azərbaycanın paytaxtı Bakının seçilməsi heç də təsadüfi deyil. Paytaxtımız hərbi-siyasi baxışlarına görə iki qütbə bölünmüş dünyada dialoq məkanı kimi tanınır. Bu, həm də Azərbaycan dövlətinin azad və müstəqil siyasi xəttinin olmasının, beynəlxalq nüfuzunun, rəsmi Bakıya inam və etibarın nəticəsidir.
Məktəblər qara görə bağlanacaq?
"Qarlı hava şəraiti Bakıda yerləşən məktəblərdə davamiyyətə kifayət qədər mənfi təsir edib". Bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib.
Pakistan Əfqanıstanla sərhədi bağladı
Pakistan ötən gün Sehvan-Şərif şəhərində baş vermiş terror hadisəsindən sonra Əfqanıstanla sərhədini qeyri-müəyyən vaxta bağlayıb.
"Qarabağdakı referendumu qəbul etmirik" Həmsədrlərin bəyanatı
ATƏT-in Minsk qrupunun həmsədrləri Münhendə Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə keçirdikləri təkbətək və birgə görüşünün yekunlarına dair bəyanat yayıblar.
Maşallah Əhmədov apellyasiya şikayəti verib
Dələduzluqda təqsirləndirilərək 8 il azadlıqdan məhrum edilən keçmiş futbolçu Maşallah Əhmədov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən apellyasiya şikayəti verib.
Travmatologiya və Ortopediya İnstitutuna yıxılaraq travma alan 7 nəfər gətirilib
Bu gün səhər saatlarında Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna Bakıya yağan güclü qar və yolların buz bağlaması nəticəsində yıxılaraq travma alan 7 nəfər gətirilib.














