Gündəm

Hikkə, qisas pis şeydi. İnsan ən çox onlardan özünü qorumalıdı

16 Fevral 2017 21:25

Aysel Novruz – sosial şəbəkədə öz fikirləri ilə hər kəsin sevdiy, bəyəndiyi, eyni zamanda sevməyənləri  tərəfindən oğrun – oğrun izlənilən və həmçinin də sevilən xanımdı. Onun dünyasına çoxdan daxil olmaq istəyirdim. Sözün yaxşı mənasında fürsət gözləyirdim. Onun haqqında bilmək istədiyim - fikirləri, statusları, şerləri ilə bağlı həm jurnalist marağım, həm da qadın maraqlarım məni bu görüşə tələsdirirdi...

Niderlandda smartfon istifadəçiləri üçün xüsusi işıqfor quraşdırılıb

16 Fevral 2017 20:30

Niderlandın Bodeqraven-Reuveyk şəhərində piyadaların hərəkətini yaxşılaşdırmaq məqsədilə küçələrdə hərəkət edən zaman diqqətini smartfon ekranlarından ayıra bilməyən sakinlər üçün xüsusi svetofor quraşdırılıb.

“Flash Player” adı altında yayılan mobil virus aşkar edilib

16 Fevral 2017 20:15

“Eset” beynəlxalq antivirus şirkəti “Adobe Flash Player” yenilənməsi adı altında mobil qurğularda yayılan troyan barədə xəbərdarlıq edib. Virus bank hesablarındakı pulun oğurlanması üçün istifadə olunur.

“Yahoo!” istifadəçilərinə mümkün müdaxilələr barədə xəbərdarlıq edilib

16 Fevral 2017 20:00

“Yahoo!” şirkəti istifadəçilərə ötən il aşkarlanan böyük məlumat sızması haqqında bildirişlər göndərməyə başlayıb. Təhlükəsizlik şöbəsinin rəhbəri Bob Lordun elektron məktubuna görə, cinayətkarların uzun illər saxta “cookie” fayllarından istifadə edərək istifadəçilərin şəxsi hesablarına müdaxilə etmələri ehtimal olunur. Bildirişlər “Yahoo!”-nu satın almaq istəyən “Verizon Communications” şirkətinin insidentə görə qiyməti 250 milyon dollar azaltmağı tələb edəcəyi ilə bağlı yayılan şayiələr fonunda göndərilməyə başlayıb.

Yeni çip danışığın tanınması imkanlarını genişləndirəcək

16 Fevral 2017 19:50

Massaçusets Texnologiya İnstitutunun alimləri danışığın avtomatik tanınması üçün yüksək keyfiyyətli çip hazırlayıblar və bu, səsli köməkçilərin imkanlarını genişləndirəcək.

Dünyada ən kiçik kompüter yaradılıb

16 Fevral 2017 19:42

"Micro Mote" şirkəti 1 kub millimetr ölçüdə işlək kompüter modeli təqdim edib. Kompüterin hesablama gücü müxtəlif qurğular, o cümlədən kiçik kamera, tibbi alətlər və populyar "Əşyalar interneti"nin digər miniatür texnikası üçün hesablama mərkəzi kimi çıxış etməyə imkan verir.

“Facebook” istifadəçilərin xəbər lentində videonu səsli şəkildə avtomatik göstərəcək

16 Fevral 2017 19:30

“Facebook” sosial şəbəkəsi sosial şəbəkənin mobil proqramında istifadəçilərin xəbər lentində videoçarxların nümayişi və avtomatik göstərilməsi ilə bağlı bir sıra yeniliklər elan edib. Şirkətin bloqunda yeni funksiyaların təsviri dərc edilib.

“Skype” proqramının rəqibi istifadəyə verilib

16 Fevral 2017 19:25

“Amazon” şirkəti səs, videozəng, messencer və görüş təşkili funksiyalarını birləşdirən “Chime” proqramını istifadəyə verib. “Amazon Web Services”in tərkibinə daxil olan yeni proqramın hədəfi istifadəçilər  arasında ünsiyyəti asanlaşdırmaqdır.

Castin Biber məhkəməyə verildi

16 Fevral 2017 19:20

Məşhur kanadalı müğənni Castin Biberə qarşı adam döymə ittihamı ilə məhkəmədə iddia qaldırılıb. İddiaçı, 34 yaşlı Las-Veqas sakini Rodni Kennonmüğənninin şəklini çəkdikdən sonra pop ulduz onu vurub. Ardından davaya musiqiçinin qrupu qoşulub.

"Arka sokaklar"ın aktrisası huşunu itirib yıxıldı

16 Fevral 2017 19:15

Aktrisa Filiz Taçbaş bu gün məhkəmə binasında huşunu itirərək yıxılıb. "Arka sokaklar" serialında rol alan aktrisa ona məcburən sənəd imzalatdıran şəxsdən şikayətçi olsa da, məhkəmə həmin adam barəsində bəraət hökmü çıxarıb. 

Limon, duz və istiotun faydaları

16 Fevral 2017 19:10

Xarici KİV limon, duz və istiotun faydalarını təqdim edir: