Gündəm
Beren Saata pis xəbər
Aktrisa Beren Saatın İstanbulda aldığı evlərdən birini su basıb. Seriallardan qazandığı pulları daşınmaz əmlaka yatıran Beren illər əvvəl Arnavutköydə 2,5 milyon dollara bir mülk almışdı. Bir müddətdir yaşayış olmayan mənzilin su təchizatı sıradan çıxdığı üçün boru partlayıb və bu səbəbdən ev ciddi ziyan görüb. Aktrisa artıq həmin evi satmaq qərarı verib.
""Bavariya" ikinci hissədə forsajı qoşdu"
İngiltərə yığmasının sabiq müdafiəçisi Rio Ferdinand maraqlı açıqlaması ilə diqqət çəkib.
""Real"la aramızda səviyyə fərqini təkcə nəticə göstərir"
"Napoli"nin "Real"a vurduğu yeganə qolun müəllifi Lorenzo İnsinye oyun barədə fikirlərini bölüşüb. İtaliyalı hücumçu bunları deyib: "Yaxşı oyun keçirdik. "Real" Çempionlar Liqasının son qalibidir. İspaniya Primerasında liderdir. Nəticə üzücüdür, amma cavab oyununda da mübarizə aparacğıq. "Real"la aramızda səviyyə fərqini təkcə nəticə göstərir. İstənilən rəqibə qarşı oynaya biləcəyimizi göstərdik.
Bakı-2017 Oyunlarının rəsmi heşteqləri elan edildi
Bu ilin may ayında Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları haqqında icitimaiyyəti daha geniş məlumatlandırmaq məqsədilə Bakı-2017 Oyunlarının rəsmi heşteqləri elan edilib.
Barak Bakı Forumunda çıxış edəcək
İsrailin sabiq Baş naziri Ehud Barak və İsrail Parlamentinin - Knessetin keçmi prezidenti, həmçinin dövlət başçısı olmuş Dalia İtzik V Qlobal Bakı Forumunda iştirak etmək məqsədilə Azərbaycana gələcək.
Zakir Qaralov: "Prezidentin sərəncamı insan hüquqlarının daha etibarlı qorunmasına xidmət edəcək"
Fevralın 16-da Azərbaycan Respublikasının Baş Prokurorluğunda Prezident cənab İlham Əliyevin 10 fevral 2017-ci il tarixli “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncamından irəli gələn məsələlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilmişdir.
NATO-dan Rusiyaya ÇAĞIRIŞ: ordunu Gürcüstandan çıxar
NATO-nun baş katibi Yens Stoltenberq Rusiyanı Abxaziya və Cənubi Osetiyanı müstəqil dövlət kimi tanımaq qərarından vaz keçərək öz ordusunu Gürcüstan ərazisindən çıxarmağa çağırıb.
"Azərbaycan yüksək səviyyəli görüşlərin keçirilməsi üçün əlverişli platformadır"
Azərbaycan bir çoxları tərəfindən yüksək səviyyəli görüşlərin keçirilməsi üçün əlverişli platforma kimi qəbul olunur. Bu sözləri "İsrail-Azərbaycan" Assosiasiyasının baş direktoru Lev SpivakABŞ və Rusiyanın Baş qərargah rəislərinin Bakıdakı görüşünü şərh edərkən deyib.
Vətəndaş hüquqlarının pozulmasına görə son 5 ildə 134 polis vəzifədən azad olunub
“Daxili işlər orqanlarının şəxsi heyət tərəfindən insan və vətəndaş hüquq və azadlıqlarının pozulması barədə müraciətlər operativ və obyektiv araşdırılaraq müvafiq tədbirlər görülür”.
Astanada Suriyanın taleyini "həll olunur" - II raund
Suriyada vəziyyətin nizamlanmsı üzrə danışıqların ikinci raundu başlayıb. Plenar iclas yerli vaxtla 16:00-da başlayıb.
DGK xətti ilə büdcə daxilolmaları 70%-dək artıb
Bu ilin yanvar ayı ərzində Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 173 mln. 653,49 min manat daxil olub. Gömrük daxilolmaları ötən ilin analoji dövrü ilə müqayisədə 70 mln. 26,83 min manat və ya 67,57% artıb.
Nə üçün məhz Bakı?..
ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri Cozef Danford və Rusiya müdafiə nazirinin birinci müavini, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov arasında görüşün məhz Bakıda keçirilməsi Azərbaycanın həyata keçirdiyi müstəqil və balanslı siyasətin dünyanın güc mərkəzləri və böyük ölkələri tərəfindən hörmətlə qarşılanması və qəbul edilməsinin əyani təsdiqidir.
Ukrayna Baş Prokurorluğu azərbaycanlıların oğurlanması faktları ilə bağlı cinayət işi başlayıb
Ukrayna Baş Prokurorluğu azərbaycanlıların oğurlanması və girov götürülməsi faktı üzrə Cinayət Məcəlləsinin bir neçə maddəsi üzrə cinayət işi başlayıb, axtarışa başlanılıb.
Baytarlıq Xidməti: infeksiya aşkarlanmadı
Şəmkir rayonunda fərdi təsərrüfatlardan birində tələf olan qoyunlarda infeksiya aşkarlanmayıb. Bunu özəl olaraq Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli deyib.
Əfv Komissiyasının iclası keçirilib
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilib. İclasda əfvlə bağlı müraciətlərə baxılmasına başlanılıb.














