Vətəndaş hüquqlarının pozulmasına görə son 5 ildə 134 polis vəzifədən azad olunub
“Daxili işlər orqanlarının şəxsi heyət tərəfindən insan və vətəndaş hüquq və azadlıqlarının pozulması barədə müraciətlər operativ və obyektiv araşdırılaraq müvafiq tədbirlər görülür”.
16 Fevral 2017 18:31 Sosial"Daxili işlər orqanlarının şəxsi heyət tərəfindən insan və vətəndaş hüquq və azadlıqlarının pozulması barədə müraciətlər operativ və obyektiv araşdırılaraq müvafiq tədbirlər görülür".
DİN-in mətbuat xidmətindən verilən məlumata görə, bunu daxili işlər naziri Ramil UsubovAvropa Şurasının İşgəncələrin, qeyri-insani və ləyaqəti alçaldan rəftarın və ya cəzanın qarşısının alınması üzrə Komitəsinin prezidenti Mikola Qnatovskinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə bu gün keçirilən görüşdə deyib.
Nazir bildirib ki, təkcə son 5 ildə vətəndaş hüquqlarının pozulması faktlarına görə 1579 əməkdaş cəzalandırılıb, o cümlədən 146 nəfər daxili işlər orqanlarında xidmətdən xaric edilib. 134 nəfərin tutduğu vəzifədən azad olunduğu, 6 nəfər isə cinayət məsuliyyətinə cəlb edildiyi bildirilib.