Castin Biber məhkəməyə verildi
Məşhur kanadalı müğənni Castin Biberə qarşı adam döymə ittihamı ilə məhkəmədə iddia qaldırılıb. İddiaçı, 34 yaşlı Las-Veqas sakini Rodni Kennonmüğənninin şəklini çəkdikdən sonra pop ulduz onu vurub. Ardından davaya musiqiçinin qrupu qoşulub.
16 Fevral 2017 19:20 DünyaMəşhur kanadalı müğənni Castin Biberə qarşı adam döymə ittihamı ilə məhkəmədə iddia qaldırılıb. İddiaçı, 34 yaşlı Las-Veqas sakini Rodni Kennonmüğənninin şəklini çəkdikdən sonra pop ulduz onu vurub. Ardından davaya musiqiçinin qrupu qoşulub.
Xəsarət alan şəxs xəstəxanaya müxtəlif xəsarətlər, o cümlədən beyin silkələnməsi ilə müraciət edib.
Qeyd edək ki, hadisə 2016-cı ilin iyun ayında baş verib. KİV-in məlumatına görə, R.Kennon münaqişəni öz aralarında həll etmək istədiyindən bir neçə ay gözləyib. Zərərçəkən qarşı tərəfin təklifdən imtina etdiyini iddia edib.
Klivlend polisi R.Kennonun iddiası əsasında araşdırma aparıldığını təsdiqləyib. Report.az