Gündəm

83 yaşlı qadını zorlayan gənc: "Elə bildim, 65 yaşı var"

17 Fevral 2017 11:53

Boluda narkotik maddə istifadə etdiyi deyilən 18 yaşlı L.M.Ç. adlı gənc, iddiaya görə, qonşusu 83 yaşlı Xədicə U.-ya təcavüz etdikdən sonra boğaraq öldürüb. Hadisə keçən il fevral ayında baş verib. 

Prezident İlham Əliyev Münxendə bir sıra görüşlər keçirib

17 Fevral 2017 11:51

Almaniya Federativ Respublikasında işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 17-də Münxendə MAN SE şirkətinin baş icraçı katibi Yoaxim Dris ilə görüşüb.

Evlilik proqramı Türkiyənin Milli Məclisində müzakirə olundu

17 Fevral 2017 11:50

Çoxsaylı tənqidlərə məruz qalan evlilik proqramları Türkiyənin Milli Məclisində (TBMM) müzakirəyə çıxarılıb. MHP partiyasının bu verilişlərlə bağlı araşdırılma aparılması təklifi AKP-li millət vəkillərinin səs çoxluğu ilə rədd edilib. MHP rəhbərinin müvəkkili Erhan Usta AKP-nin bu qərarına belə münasibət bildirib: "İndi belə bir xeyirli iş üçün olan məsələyə AKP-nin yox deməsini başa düşmürəm".

Ekspert: “Görüş üçün paytaxtımızın seçilməsi maraqlı və çox önəmlidir” 

17 Fevral 2017 11:41

“ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri Cozef Danford və Rusiya Müdafiə nazirinin birinci müavini, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeriy Gerasimovun Bakı görüşü və danışıqları sözsüz ki, iki biri-biri ilə barışmaz mövqedə duran nəhəng ölkələr və güc sahibi olan dövlətlər arasında yeni bir dönəmin başlanğıcını göstərən hadisə sayıla bilər”. Bunu müstəqil hərbi ekspert Üzeyir Cəfərov deyib.

Millət vəkili: "Erməni cəmiyyətinin özünün tələbi və arzusu deyil” 

17 Fevral 2017 11:36

“Terrorçu, cinayətkar və separatçı rejimin Dağlıq Qarabağda "referendum" keçirməyə hazırlaşması ötən ilin aprel döyüşlərindən sonra daha qabarıq nəzərə çarpan bir reallığın nəticəsidir. Hansı reallığın? Baxın, yəqin son iki həftədə Rusiyada qubernatorların dəyişdirilməsi prosesinin necə baş verdiyini izləyənlər var”. Bunu açıqlamasında millət vəkili Sahib Alıyev deyib.

ATƏT-də qanunsuz "referendumla" bağlı məsələ qaldırılıb

17 Fevral 2017 11:34

Fevralın 16-da ATƏT-in Daimi Şurasının iclasında Azərbaycan Respublikasının ATƏT yanında daimi nümayəndəliyi tərəfindən Ermənistanın Azərbaycanın işğal edilmiş ərazilərində qanunsuz “referendum” keçirmək niyyəti ilə bağlı məsələ qaldırılıb.

Azər Badamov: “Azərbaycan beynəlxalq görüşlərinin keçirilməsi üçün müasir şəraitlərə malik ən təhlükəsiz məkandır”

17 Fevral 2017 11:28

“Danford və Qerasimovun görüşünün Bakıda keçirilməsi Azərbaycan prezdentinin uzun illər boyu apardığı uğurlu beynəlxalq siyasətin göstəricisidir”. “OLAYLAR”-ın xəbərinə görə, bu fikirləri millət vəkili Azər Badamov səsləndirib.

Binəqədidə hesabat yığıncağı keçirilib

17 Fevral 2017 11:27

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 2016-cı ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilib. Rayon İcra Hakimiyyətindən  “OLAYLAR”-a bildirilib ki, tədbirdə İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul əməkdaşı Tağı Tağıyev, millət vəkilləri Azay Quliyev, Kamaləddin Qafarov, Madər Musayev, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, RİH başçısı Aparatının məsul işçiləri, rayonun hüquq mühafizə orqanları, icra strukturlarının rəhbərləri və rayon ictimaiyyəti nümayəndələrinin iştirak ediblər.

Sərnişin avtobuslarının hərəkətində də çətinliklər yaranıb

17 Fevral 2017 11:24

Qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar olaraq paytaxtın əksər küçə və prospektində o cümlədən Heydər Əliyev, Ziya Bünyadov və Tbilisi prospektlərində,  Həsən Əliyev, A. Bakıxanov, A.M. Şərifzadə, A. Salamzadə, H. Seyidzadə küçələrində, 20 yanvar  və Qələbə dairələrində nəqliyyat vasitələrinin sıxlığı müşahidə edilir.

Azərbaycanlılar Almaniyada etiraz aksiyası keçiriblər

17 Fevral 2017 11:22

Almaniyanın Münhen şəhərində Avropada yaşayan azərbaycanlıların  "Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı etiraz aksiyası olub. Diasporla İş üzrə Dövlət Komitəsindən “OLAYLAR”-a bildirilib ki, aksiyada 250-dən çox həmvətənimiz iştirak edib. 

İstanbulda Xocalı faciəsi

17 Fevral 2017 11:20

Bu gün Türkiyə Omurlik Fəlçlilərinin Mərkəzində Xocalı soyqırımının qurbanları anılacaq. Azərbaycanın İstanbul Baş Konsulluğunun təşəbbüsü ilə təşkil edilən tədbir Xocalı Soyqırımının 25 illiyinə həsr edilib. Tədbirdə “Uşaqların Gözü ilə Xocalı” rəsm sərgisi keçiriləcək. Sərginin fevral ayının 20 nə qədər davam edəcəyi bildilir.Xəbəri “Olaylar” – ın Türkiyə bürosu yayıb.

Qarın hündürlüyü 40 sm

17 Fevral 2017 11:19

Avtomobildə külli miqdarda xarici markalı siqaret aşkar edilib

17 Fevral 2017 11:19

Aksiz Baş Gömrük İdarəsinə aksiz markasız siqaretlərin ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilərək satılması barədə əməliyyat məlumatı daxil olub. Həmin məlumat əsasında, idarənin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşları tərəfindən fevralın 16-da əməliyyat tədbirləri keçirilib.

Cəbhədə 40 dəfə atəşkəs rejimi pozulub

17 Fevral 2017 11:15

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan cəbhənin müxtəlif istiqamətlərində 60 və 82 millimetrlik minaatanlardan, həmçinin qumbaraatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 40 dəfə pozub.