Gündəm

Pakistanda 36 terrorçu məhv edilib

17 Fevral 2017 12:43

Fevralın 16-da Pakistanın Sind əyalətinin Sexvan Şərif şəhərində törədilən terror aktından sonra hökumət qüvvələri Kəraçi şəhərində 11, Sinda Kator yaşayış məntəqəsində 7 terrorçunu məhv edib.

Avtomobil yollarında qarın təmizlənməsinə kifayət qədər texnika cəlb edib

17 Fevral 2017 12:40

Qeyri-sabit hava şəraiti ilə bağlı olaraq “Azəravtoyol” ASC- gecə boyu gücləndirilmiş iş rejimində çalışıb.  Səhmdar Cəmiyyətin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, gecədən başlayaraq Bakı şəhərində cəmiyyətin balansında olan küçə və prospektlərə, o cümlədən respublikanın avtomobil yollarına qarın təmizlənməsinə və buzlaşmanın qarşısını alınması üçün kifayət qədər maşın-mexanizm və texnika cəlb edib.

Hərbi dənizçilər Ombudsman Aparatı nümayəndələri ilə görüşüb

17 Fevral 2017 12:40

Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Ombudsman Aparatı arasında imzalanan 2017-ci il üçün birgə tədbirlər planına əsasən Hərbi Dəniz Qüvvələrinin tabeliyindəki hərbi hissələrdə  “Ombudsman  təsisatı və bu təsisatın hərbi qulluqçuların hüquqlarının müdafiəsi yönümündə apardığı işlər” mövzusunda, həmçinin insan hüquqlarının qorunması vəziyyətinin öyrənilməsi ilə əlaqədar şəxsi heyətlə görüş keçirilib. 

Müəssisə rəhbərlərinə xəbərdarlıq edildi

17 Fevral 2017 12:39

Ekologiya və Təbii Sərvətlər Nazirliyində prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrası, ötən ildəki fəaliyyət ilə bağlı  kollegiya iclası keçirilib.

Ukraynada qanlı döyüşlər: 3 ölü, 10 yaralı

17 Fevral 2017 12:31

Son 24 saat ərzində üç Ukrayna hərbçisi separatçılar tərəfindən öldürülüb. Bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Xidmətinin İnformasiya Mərkəzinin sədri Andrey Lısenko jurnalistlərə açıqlamasında bildirib.  "Son 24 saat ərzində 3 qəhrəman hərbçimiz həlak olub, 10 hərbçimiz isə yaralanıb", - deyə qeyd edib.

Sürücülərdən kreslo tələbinin səbəbi bəlli oldu

17 Fevral 2017 12:28

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin sürücülərdən "avtokreslo" tələbinin səbəbi bəlli olub. Onsuz da qanunvericiliyin tələbi olan uşaqlar üçün ön oturacaqda xüsusi oturacaqdan istifadə etmənin xüsusi xəbərdarlıqla elan edilməsi media və sosial şəbəkələrdə müzakirələrə səbəb oldu. Əksəriyyət bunun hansısa biznes marağına görə edildiyini açıqladı.

Əflatun Amaşov: "Dövlət hər zaman Azərbaycan mətbuatının yanında olub"

17 Fevral 2017 12:25

"Azərbaycan mətbuatı milli təfəkkürün, milli mənliyin formalaşmasında kifayət qədər rol oynayıb".

4 nəfər məktəbli qıza təcavüz etdi

17 Fevral 2017 12:24

Türkiyədə daha bir təcavüz hadisəsi qeydə alınıb.  İzmirdə 4 məktəbli əqli qüsurlu sinif yoldaşları M.B.-yə təcavüz edib. Qız başına gələnləri valideynlərinə danışıb. Onlar polisə müraciət ediblər. 4 nəfər saxlanılıb.

Daha bir polisdən mərdanə HƏRƏKƏT

17 Fevral 2017 12:22

Dövlət Yol Polisi qarlı havalarda yollarda avtomobilləri yolda qalmış vətəndaşlara kömək edib. Polis vətəndaşla birgə avtomobilin təkərində yaranan problemi həll edib. Daha sonra polis vətəndaşa  avtomobilin təkərinə zəncir taxmaqda kömək edib.

Bahar Muradova: "Dövlət Azərbaycan mətbuatını yüksək dəyərləndirir"

17 Fevral 2017 12:20

"Azərbaycan mətbuatı yarandığı gündən indiyə kimi şərəfli bir yol keçib və bugünkü inkişaf səviyyəsinə çatıb".

Fransa səfiri: "Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımırıq"

17 Fevral 2017 12:12

"Fransa Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımır. Bu, bizim hamıya məlum olan mövqeyimizdir".

""Barselona"sız Çempionlar Liqası darıxdırıcı olmayacaq"

17 Fevral 2017 12:12

Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki Xorvatiya mətbuatına Çempionlar Liqasının 1/8 final mərhələsində "Barselona"nın PSJ-yə 0:4 hesabı ilə uduzmasından danışıb.

Türkiyədə məktəblər bağlanıb

17 Fevral 2017 12:09

Türkiyənin 8 əyalətində qarlı hava şəraiti ilə əlaqədar məktəblər bir günlüyə bağlanıb. Buna səbəb kimi şagirdlərin məktəblərə daşınmasında yollarda problemlərin olduğu göstərilib.

ABŞ dövlət katibinə otellərdə yer tapılmadı

17 Fevral 2017 11:55

ABŞ-ın dövlət katibi Reks Tillersona Almaniyanın Bonn şəhərindəki otellərdə yer tapılmayıb. R.Tillerson görüşdə iştirakını təsdiq edəndə şəhərin otellərindəki bütün nömrələr bronlaşdırılıb. Dövlət katibi şəhərdən 30 dəqiqə aralıdakı kənddə, sanatoriyada qalmağa məcbur olub. Bu, R.Tillersonun dövlət başçısı qismində ilk xarici səfəri olub.