Türkiyədə məktəblər bağlanıb
Türkiyənin 8 əyalətində qarlı hava şəraiti ilə əlaqədar məktəblər bir günlüyə bağlanıb. Buna səbəb kimi şagirdlərin məktəblərə daşınmasında yollarda problemlərin olduğu göstərilib.
17 Fevral 2017 12:09 DünyaTürkiyənin 8 əyalətində qarlı hava şəraiti ilə əlaqədar məktəblər bir günlüyə bağlanıb. Buna səbəb kimi şagirdlərin məktəblərə daşınmasında yollarda problemlərin olduğu göstərilib.
İnformasiyaya əsasən, ölkənin Van əyalətində 3 gündür fasiləsiz qar yağır. Əyalətin Gevaş rayonunda fevralın 20-dək məktəblər tətil edib. Ora 90 sm - 1 metr hündürlüyədək qar yağıb. Əyalətin başqa rayonlarında isə məktəblər bir günlüyə bağlanıb.
Türkiyənin Trabzon, Artvin, Rize, Ordu, Giresun, Hakkari və Sivas əyalətlərində məktəblər bir günlüyüə tətil edib. Report.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31