Çaylarda və transsərhəd çaylarda mövcud vəziyyət
17 Fevral 2017 11:33 SosialEkologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin "Olaylar" - a verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 100-160, Kiçik Qafqazın çaylarında 170-180, Lənkəran-Astara bölgəsi çaylarında isə 50-100 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət fevralın 17-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 135 m3/s olmaqla ongünlük normanın 79 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 157 m3/s olmaqla ongünlük normanın 92 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 59 m3/s olmaqla, ongünlük normanın 84 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 79 m3/s təşkil edərək ongünlük normanın 112 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət fevralın 17-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Surra məntəqəsində və Şirvanda 4, Araz çayının Novruzlu məntəqəsində 5 sm azalma, Bankədə 10, Salyanda isə 7 sm artım qeydə alınıb.