Tramp: Obama özündən sonra "tör-töküntü" qoyub
17 Fevral 2017 08:36 DünyaABŞ prezidenti Donald Tramp bəyan edib ki, əvvəlki prezident Barak Obamadan ona ölkənin daxilində, eləcə də beynəlxalq arenada "tör-töküntü" qalıb.
Bu barədə Tramp CNN telekanalı ilə yayımlanan mətbuat konfransında deyib.
Tramp bildirib: "Bildiyiniz kimi administrasiyamıza hökümətdə, eləcə də iqtisadiyyatda çox sayda problem miras qalıb".
Daha sonra ABŞ prezidenti əlavə edib: "İstər evin içində, istər xaricdə tör-töküntüdür - iş yerləri ölkədən çıxır, aşağı əmək haqqı, Yaxın Şərq, Şimalı Koreya, hara baxırsan bax, özbaşınalıqdır. Biz bunun hamısını qaydaya salacağıq". Trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31