Sarayda “jAzzeri Bands”
17 Fevral 2017 08:17 İncəsənətHeydər Əliyev Sarayında tanınmış yerli caz ifaçılarının konserti oldu. Saraydan "Olaylar" - abildirilir ki, "jAzzeri Bands" adlı musiqi axşamında milli və dünyaca məşhur caz ustalarının əsərləri səsləndirilib.
Qeyd edək ki, konsertdə Əməkdar İncəsənət xadimləri Cavan Zeynallı və Cəmil Əmirov, Xalq Artisti Ənvər Sadıqov, Əməkdar artistlər Akif Süleymanbəyli və Emil Əfrasiyab, ifaçılar Təranə Mahmudova, Teymur Süleymanbəyli (saksafon), "Rast" və "Qaya" qrupları bir-birindən maraqlı musiqi nömrələri təqdim ediblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31