Nizami Kino Mərkəzində yeni filmlər
17 Fevral 2017 08:48 Teatr və kinoNizami Kino Mərkəzində Azərbaycan istehsalı olan "Ər quyusu" və Türkiyənin "Kötü çocuk" bədii filmlərinin nümayişi başlanıb. Mərkəzdən "Olaylar2 - a bildirilib ki, "Ər quyusu" filminin ssenari müəllifi və quruluşçu rejissoru Səidə Haqverdiyevadı. Film komediya və dram janrındadı.
"AF Media" şirkətinin təqdim etdiyi, romantik janrda çəkilən "Kötü çocuk" filminin rejissoru və ssenari müəllifi Yağız Alp Akaydındı. Ekran əsəri doğulandan sonra atası tərəfindən tərk edilən qızın həyatından bəhs edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31