Gündəm

“Mədəniyyət naminə elm”

17 Fevral 2017 18:36

Dini Komitənin sədr müavini Daxili Qoşunların şəxsi heyəti ilə görüşüb

17 Fevral 2017 18:24

Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərovun şəxsi heyəti ilə növbəti  görüşü keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, görüşdə dini radikalizm və ekstremizmin mahiyyəti, səbəbləri, təzahür formaları və ona qarşı keçirilən mübarizə tədbirləri barədə müzakirələr və fikir mübadiləsi aparılıb. Tədbirdə xüsusilə vurğulanıb ki, bəzi xarici dairələr öz geosiyasi və geoiqtisadi  maraqları naminə dini zəmində münaqişələrin genişləndirilməsinə və İslam dinini gözdən salmaq məqsədi ilə bu dini terrorla eyniləşdirməyə cəhdlər edirlər.  Dini Qurumlara İş üzrə Dövlət Komitəsinin digər müvafiq dövlət qurumları ilə birlikdə dini ekstremizmə qarşı apardığı effektiv mübarizə tədbirləri barədə də görüş iştirakçılarına məlumat verilib.

“Xocalıya Ədalət” Kampaniyasına dəstək fəaliyyətləri təşkil olunacaq

17 Fevral 2017 18:22

Gənclər Təşkilatları Milli Şurası, Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu Xocalı faciəsinin 25-ci ildönümündə Azərbaycan reallıqlarının, soyqırımı faktının dünya ictimaiyyətinə Azərbaycan gəncliyi adından çatdırılması məqsədilə “Xocalıya ədalət” (Justice For Khojaly) kampaniyası çərçivəsində bir sıra faəliyyətlər həyata keçirəcək.

Mübariz Qurbanlı Ucarda vətəndaşları qəbul edəcək

17 Fevral 2017 18:21

Aərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam edir. “OLAYLAR”-ın xəbərinə görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı fevralın 24-də Ucar şəhərində Göyçay və Ucar rayonlarının sakinlərini qəbul edəcək. Qəbul Ucar şəhər Heydər Əliyev Mərkəzində (ünvan: H.Əliyev prospekti 153 ) saat 11:00-da keçiriləcək. Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.

Ötən ay büdcə profisitlə icra olunub

17 Fevral 2017 18:20

2017-ci ilin yanvar ayında dövlət büdcəsinə 1 mlrd. 243,6 mln. manat vəsait daxil olub, büdcədən 924,9 mln. manat vəsait xərclənib. Maliyyə Nazirliyindən verilən məlumata görə, büdcənin icrasında 318,7 mln. manatlıq profisit yaranıb ki, bu da ümumi daxili məhsulun 6,1 faizi səviyyəsində olub.

Qazlaşdırılmayan yataqxana və pansionatlarda yaşayan məcburi köçkünlər üçün elektrik enerjisi limiti müəyyən edilib

17 Fevral 2017 17:45

Nazirlər Kabineti “Sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin istifadə etdikləri elektrik enerjisi üzrə limitlərin müəyyən edilməsi haqqında” qərar verib.

“Temirlan” (“Əmir Teymur”) “Həmrəylik” qazandırdı

17 Fevral 2017 17:43

Ötən il sentyabrın 9-da Moskvada keçirilən “ Müstəqil Dövlətlər Birliyinin XIII Beynəlxalq Həmrəylik Müsabiqəsi”  çərçivəsində  Qırğızıstanın Uluu Тооlоr nəşriyyatı tarixi əsərlər müəllifi Yunus Oğuzun “Əmir Teymur” ( Тemirlan) iki cildliyinin keyfiyyətli nəşrinə görə mükafatlandırılıb.

Siyavuş Novruzov: "Azərbaycan dünyanın güc mərkəzlərinin böyük rəğbətini qazanıb"

17 Fevral 2017 17:42

Azərbaycan dünyanın güc mərkəzlərinin böyük rəğbətini qazanıb. Bunu ABŞ-ın Baş Qərargahlar rəisi general Cozef Danfordun və Rusiya Federasiyası müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimovun görüşünün Bakıda keçirilməsi bir daha sübut etdi. Bu fikirləri generalların görüşünü şərh edən Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri, Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov deyib.