Nizami Kino Mərkəzində Xocalı faciəsi anıldı
17 Fevral 2017 17:47 Teatr və kinoNizami Kino Mərkəzi Xocalı faciəsinin 25-ci ildönümü ilə bağlı Azərbaycanın Milli Qəhrəmanı Vəzir Sədiyev haqqında çəkilmiş "Dəmir mayor" sənədli filmin nümayişini keçirib. Filmin nümayişindən öncə rejissoru Zamin Məmmədov, ssenari müəllifi Vüqar Əsgərov sənədli lentin ərsəyə gəlməsindən danışıblar. Milli Qəhrəmanın ailə üzvləri Vəzir Sədiyev haqqında xatirələrini tamaşaçılarla bölüşdülər. Sonda Xocalı faciəsində həlak olan soydaşlarımız bir dəqiqəlik sükutla yad edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31