Gündəm
Fikir və söz azadlığının təminatında medianın rolu danlmazdır
Azərbaycanda müstəqil mətbuatın fikir və söz azadlığını təmin etməsi faktı heç kimdə şübhə doğurmur. Artıq ölkəmizdə dünyanın ən aparıcı mətbuat orqanları ilə müqayisə edilə biləcək media nümunələri fəaliyyət göstərir. Dünyaya inteqrasiya edən Azərbaycanda bir sıra xarici dildə yayımlanan media orqanının olmasının özü azad mətbuatın göstəricisi kimi qəbul oluna bilər.
“Kaspi” maarifçilik meydanı” kitabının təqdimatı keçirilib
Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Artkaspi.az adlı ədəbi-mədəni saytın və “Kaspi” maarifçilik meydanı” kitabının təqdimat mərasimi keçirilib. Təbdirdə çıxış edən Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov “Kaspi” qəzetinin tarixi, onun ictimai şüurun formalaşması, cəmiyyətin maarifləndirilməsi prosesindəki rolundan danışıb.
Əmlakın qeydiyyatında daha bir yenilik – İş Yerində Qeydiyyat
Bundan sonra kütləvi çıxarış kampaniyaları iri sənaye və istehsal müəssisələri, zavodlar, fabriklər və müxtəlif təsərrüfatlarda birbaşa yerlərdə onların işçiləri üçün də keçiriləcək.
Azərbaycan və Danimarka arasında ikiqat vergitutmanın aradan qaldırılması haqqında Konvensiya imzalanıb
Fevralın 17-də Vergilər Nazirliyində “Azərbaycan Respublikası Hökuməti və Danimarka Krallığı Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Konvensiya”nın imzalanması mərasimi keçirilib.
ABŞ Donanmasında rüşvət qalmaqalı
ABŞ Donanması rüşvət qalmaqalı ilə sarsılıb. Məlumata görə, rüşvət qalmaqalında şübhəli bilinən 40 nəfər istintaqa cəlb edilə bilər ki, onlardan 30-u admiral rütbəsindədir. “Olaylar”ın Türkiyə bürosunun xəbərinə görə, aparılan təhqiqatlar zamanı Cənub və Cənubi-Şərqi Asiyanın bir çox limanında ABŞ-ın 7-ci donanmasına təmizlik xidməti göstərən Sinqapur mənşəli, Glenn Defence Marine Asia şirkətinin sahibi Leonard Qlenn Frensis ABŞ FTB (FBİ) tərəfindən həbs edilib. İstintaq zamanı Frensis bir çox Amerikan dənizçi zabitləri ilə əlbir olaraq maliyyə fırıldağı, saxtakarlıq, mənimsəmə və rüşvət əməlləri törətdiyini etiraf edib.
Bakıda Azərbaycan-Türkiyə Kənd Təsərrüfatı Biznes Forumu keçiriləcək
2017-ci ilin 23 fevral tarixində Bakı şəhərində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin və Türkiyə Respublikası Qida, Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycan-Türkiyə Kənd Təsərrüfatı Biznes Forumu keçiriləcək. Bu barədə Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, Forumda Türkiyə Respublikasının kənd təsərrüfatı sahəsi üzrə fəaliyyət göstərən 150-yə yaxın şirkətinin, eləcə də ölkəmizi aidiyyatı sahədə təmsil edən şirkətlərin nümayəndələri iştirak edəcəklər. Biznes Forum 23 fevral tarixində saat 09:15-da “Boulevard Otel”-in “Tağıyev” zalında keçiriləcək.
Təyyarədə QORXUNC OLAY - Sərnişin şüşəsin açıb... - VİDEO
Təyyarədə şüşəni açıb şəkil çəkmək istəyən sərnişinin başına iş gəlib. Şüşəni açıb telefonu çölə çıxaran şəxs telefonundan olub.
Türkiyənin satirik jurnalı bağlandı - Peyğəmbəri təhqir etdiyinə görə
Türkiyənin satirik jurnalı bağlanıb. Türkiyənin məşhur "Qırqır" satirik jurnalının son buraxılışında Musa peyğəmbəri təhqir edən karikatura dərc olunmuşdu.
Azərbaycan mövqeyini qorudu
UEFA-nın yeni reytinq siyahısı açıqlanıb. Avrokubokların pley-off mərhələsinin ilk oyunlarından sonra siyahıda müəyyən dəyişiklik baş verib. Rusiya 6-cı pilləyə yüksələrək Portuqaliyanı qabaqlayıb.
Con Kerri yeni iş tapdı
ABŞ-ın sabiq dövlət katibi Con Kerri Yel Universitetində yeni təhsil proqramına rəhbərlik edəcək. Bu barədə "Associated Press" məlumat yayıb. Qlobal problemlərin həllinə həsr edilmiş proqram çərçivəsində Kerri süquta uğramaqda olan dövlətlər, avtoritar rejimlər, təcavüzkar ekstremizm və iqlim dəyişikliyi kimi mövzularda seminarlar aparacaq.
İoannis Papaqriqoriou Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulub
Yunanıstan Azərbaycan Gənclər Mərkəzinin sədri (YAGM) İoannis Papaqriqoriou Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulması haqqında bəyanat verib.
Türkiyənin baş nazirini bu “şok silah”la qoruyacaqlar
Türkiyənin baş naziri Binali Yıldırımın 15 iyul çevriliş cəhdindən sonra gələn "sui-qəsd planları"na qarşı daha etibarlı mühafizəsi üçün tədbirlər görülür.
ABŞ-da “İmmiqrantlarsız gün” şüarı altında kütləvi aksiyalar keçirildi
Birləşmiş Ştatlarda “İmmiqrantlarsız gün” şüarı altında etiraz aksiyası keçirilib. Prezident Trampın immiqrasiya siyasətinə etiraz əlaməti olaraq ölkənin bir neçə şəhərində, o cümlədən Vaşinqton, Hyuston, Boston, Miluoki, Nyu-York, Filadelfiya və Çikaqoda yüzlərlə immiqrant işə çıxmayıb, yüzdən artıq xidmət müəssisəsi bir gün bağlanıb. Ölkə iqtisadiyyatının fəaliyyəti üçün immiqrantların vacibliyini göstərmək məqsədilə keçirilən bu aksiyanın təşkilatçıları işləmək hüququna malik olan leqal immiqrantlara sosial şəbəkələr vasitəsi ilə müraciət edərək onları işə çıxmamağa çağırıblar.
Rusiya Duması Türkiyə ilə vacib sazişi ratifikasiya etdi
Rusiya Dövlət Duması Türkiyə ilə imzalanmış “Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım və cinayət axtarışında olan şəxslərin təhvil verilməsi haqqında” Sazişi ratifikasiya edib. Sənəd 2014-cü il dekabrın 1-də Ankarada imzalanmışdı.
Bu gün Əfv Komissiyasında 100 müraciətə baxılıb
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib. Komissiyanın üzvü Mehdi Mehdiyev deyib ki, iclasda 100 müraciətə baxılıb. Onun sözlərinə görə, dünən və bu gün keçirilən iclaslarda ümumilikdə 250 müraciətə baxılıb və onların böyük əksəriyyətinə müsbət rəy verilib. Qeyd edək ki, Novruz Bayramı ərəfəsində əfv sərəncamının imzalanacağı gözlənilir. Həmin vaxta qədər daha bir neçə iclasın keçiriləcəyi gözlənilir. İclaslarda 800-dən çox müraciətə baxılması nəzərdə tutulur.














