Türkiyənin satirik jurnalı bağlandı - Peyğəmbəri təhqir etdiyinə görə
Türkiyənin satirik jurnalı bağlanıb. Türkiyənin məşhur "Qırqır" satirik jurnalının son buraxılışında Musa peyğəmbəri təhqir edən karikatura dərc olunmuşdu.
17 Fevral 2017 16:55 DünyaTürkiyənin satirik jurnalı bağlanıb. Türkiyənin məşhur "Qırqır" satirik jurnalının son buraxılışında Musa peyğəmbəri təhqir edən karikatura dərc olunmuşdu. Sosial mediada bu karikatura böyük söz-söhbətə səbəb olmuşdu. Jurnalı nəşr edən şirkət bu gün dərginin fəaliyyətinə son qoyulması və işçilərin redaksiyadan qovulması barədə açıqlama yayıb. Açıqlamada o da qeyd olunur ki, sözügedən karikatura şirkətdən xəbərsiz son anda çapa verilib: "Bununla bağlı məhkəməyə müraciət olunacaq". Trend.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31