Gündəm

ABŞ Dövlət Departamentinin rəsmisi Azərbaycana səfər edəcək

17 Fevral 2017 16:30

ABŞ dövlət katibinin enerji diplomatiyası üzrə köməkçisinin müavini Robin Danniqan Azərbaycana səfər edəcək. Bu barədə  ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumat verilib. Bildirilir ki, o, fevralın 23-də Bakıda keçiriləcək “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının 3-cü iclasında iştirak edəcək.

Media rəhbərləri ilə Milli Məclis rəhbərliyinin görüşü keçirilib

17 Fevral 2017 16:29

Azərbaycan Mətbuat Şurasının təşkilatçılığı ilə onlayn və çap media qurumlarının rəhbərlərinin Milli Məclisin rəhbərliyi ilə görüşü keçirilib.

İspaniya kralının yeznəsi həbs edildi - 6 il

17 Fevral 2017 16:22

İspaniya kralının bacısı infanta Kristina maliyyə fırıldağı ilə bağlı işdə məhkəmə tərəfindən bəraət alıb. Onun həyat yoldaşı İnyaki Urdanqarin isə həmin ittihamla 6 il 3 ay həbs cəzası alıb.

Baş pediatrdan XƏBƏRDARLIQ: "Balans pozulur" - "Günahkar kişilərdir"

17 Fevral 2017 16:20

Son illər Azərbaycanda doğulan uşaqlar arasında balans pozulmağa doğru gedir. Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, respublikanın baş pediatrı Nəsib Quliyev bildirib ki, təbii statistikaya əsasən, hər 100 nəfər qıza 106 oğlan düşməlidir. Azərbaycanda isə real rəqəmlərin fərqli olduğunu deyən N.Quliyevin sözlərinə görə, ölkədə 100 qıza 117 oğlan düşür.

Bakıda batut gimnastikası üzrə Dünya Kuboku iştirakçılarının podium məşqləri başladı

17 Fevral 2017 16:19

Bu gün Bakıda Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunun iştirakçıları olan idmançıların podium məşqləri başlayıb.

Hərbçilər uçqun altında qaldı

17 Fevral 2017 16:17

Qazaxıstanda hərbçilər qar uçqununun altında qalıblar. Bu barədə Qazaxıstan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Məlumatda deyilir ki, hadisə ölkənin cənubunda, Cambul vilayətinin Koksay dərəsində, 91678 saylı hərbi hissənin təlimlər keçirdiyi ərazidə baş verib.

Siqaret qıtlığı yarana bilər

17 Fevral 2017 16:02

Tütün məhsullarının nağdsız satışı istehlak bazarında siqaret qıtlığı yaratmaqdadır. Belə ki, yeni qaydalara əsasən, tütün məhsullarının pərakəndə satışı istisna olmaqla, onların alqı-satqısı yalnız nağdsız şəkildə aparıla bilər. Təbii ki, aksiz markalı məhsulların, eləcə də tütün və siqaretin topdansatışın nağdsızlaşdırılması vacibdir. Bu dövriyyənin leqallaşdırılması baxımdan əhəmiyyətlidir. Çünki siqaret bazarında dövriyyə o qədər böyükdür ki, onu hesablamaq və dövlət vergisinə cəlb etmək çətin idi. Amma şirkətlərin və eləcə də mağazaların bu prosesə hazır olmaması nəticədə qaçaqmalçıllıq yolu ilə ölkəyə daxil olan məhsulların mağazalara axınını stimullaşdırıır. Bəs problemi necə həll etmək olar?

Baş prokuror Göyçay şəhərində vətəndaşları qəbul edib

17 Fevral 2017 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları prokurorluq orqanları tərəfindən daim diqqətdə saxlanılaraq vətəndaşların qəbulu, onların ərizə və şikayətlərinə baxılaraq həll olunması üçün müvafiq tədbirlər görülür.

Səlim Müslümov 4  şəhər və rayonun sakinləri ilə görüşüb

17 Fevral 2017 15:59

Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Sumqayıt şəhərində bu şəhərin və Abşeron, Xızı, Qubadlı rayonlarının sakinləri ilə görüşüb.

Ermənistan “referendum oyunu” ilə özünü aldadır

17 Fevral 2017 15:57

Ermənistanın yürütdüyü etnik təmizləmə siyasəti nəticəsində Azərbaycanın Dağlıq Qarabağ ərazisinin əhali tərkibi ermənişəldirilib. Baxmayaraq ki, mövcud vəziyyət Ermənistanın ziyanına işləyir, ancaq işğalçı dövlət müxtəlif siyasi və hərbi təxribatlarla mövcud status-kvonu qoruyub saxlamağa çalışır. Elə bu səbədən də işğal altında saxladığı Azərbaycan ərazisində tamaşa göstərməklə məşğuldir. Belə tamaşalardan növbətisi Dağlı Qarabağda konstitusion dəyişiklikləri ilə bağlı “referendim” keçirmək isətiyidir.

İqtisadçıdan proqnoz

17 Fevral 2017 15:55

Süleyman(“OLAYLAR”) “Amerika dünya bazarlarına satış üçün xam neft çıxarışı həcmini getdikcə artırır. Bir tərəfdən də OPEC və ona üzv olmayan ölkələr hasilatı məlum olduğu kimi azaldır. Məhz bunun müqabilində ABŞ-ın ixracı getdikcə bu cür artırması isə sözsüz ki, heç də təsadüfi xarakter daşımır”.

Bakının  supergüclər arasında vasitəçi rolu

17 Fevral 2017 15:55

Bu gülərdə Vaşinqton və Moskvanın əsas diqqəti Bakıya yönəlib ki, bu da təsadüfi deyil. Belə ki, fevralın 16-da Bakıda ABŞ Birləşmiş Qərargahlar Rəisləri Komitəsinin sədri general Josef Dunford və Rusiya müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi ordu generalı Valeri Gerasimovun Azərbaycanın paytaxtında görüşü keçirildi.  Belə bir görüşün Azərbaycanda keçirilməsi xüsusi əhəmiyyət kəsb edir ki, bu da əsas etibarilə ölkəmizin regional və beynəlxalq imici, nüfuzu ilə bağlıdır.  Xüsusilə, rəsmi Bakının həyata keçirdiyi uğurlu xarici siyasət kursunu bu mənada vurğu ilə qeyd etmək lazımdır. Bakı görüşünün xüsusi əhəmiyyət kəsb etdiyi bu sahədə araşdırma, təhlillər aparan təşkilatlar tərəfindən də qeyd edilir. Və bu mənada Bakının mövqeyi yüksək qiymətləndirilir. 

Bakı diplomatik paytaxta çevrilib

17 Fevral 2017 15:52

Hazırda bütün dünya ölkələrinin liderlərinin, strateji araşdırma mərkəzlərinin, eləcə də dünyanın aparıcı mətbuat orqanlarını gözü Azərbaycana diklilb. Səbəb Amerika Birləşmiş Ştatlarının Baş Qərargahlar rəisi general Cozef Danfordun və Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimovun Bakıda keçirilən görüşüdür. Bu isə o deməkdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi xarici siyasət artıq bəhrəsini verməkdədir. Yəni, artıq dünyanın super gücləri müstəqil Azərbaycanın yürütdüyü  balanslaşdırılmış xarici siyasətlə razılaşmaq görüntüsü nümayiş etdirilər. Nəticədə Azərbaycan qlobal münaqişələrin, beynəlxalq sülh və təhlükəsizliyin müzakirə edildiyi məkana çevrilib. 

“Bəziləri azad söz, fikir plüralizm pərdəsi altında hər cür iyrəncliklərə əl atırlar”

17 Fevral 2017 15:50

Artıq bir neçə ildir ki, ölkə müxalifəti passiv fəaliyyət dövrünə keçib və ölkənin həyatında baş verən siyasi proseslərə heç bir təsir imkanı yoxdur. Bəs görəsən müxalifət düşərgəsinin bu səssizliyi normaldırmı? Bu və ya digər suallarla Azərbaycan Milli İstiqlal Partiyasının Siyasi Şurasının üzvü Əli Orucovla söhbətləşdik.

Xocalı facisəinə həsr olunmuş müsabiqə keçirilir

17 Fevral 2017 15:49

"Xocalısız 25 il” mövzusunda keçirilən rəsm-sərgi müsabiqəsi davam edir. “OLAYLAR”-ın xəbərinə görə, müsabiqə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil məktəblərinin şagirdləri və məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri arasında keçirilir. Müsabiqənin əsas məqsədi Xocalı soyqırımı qurbanlarını yad etmək, böyüməkdə olan nəslə Azərbaycan tarixi haqqında həqiqətləri çatdırmaq, Vətənə sevgi, məhəbbət hissləri aşılamaq, məktəblilər arasında milli vətənpərvərlik ruhunu yüksəltmək və istedadlı şagirdləri aşkara çıxarmaqdan ibarətdir. Xocalı faciəsinin 25-ci ildönümü ilə əlaqədar keçirilən müsabiqədə 3 yaş qrupu üzrə (6-9, 10-14 və 15-18 yaşlı) uşaq və gənclər iştirak edir. Müsabiqənin I mərhələsi fevralın 20-də başa çatacaq. I mərhələdə fərqlənən rəsm işləri müsabiqənin II – Bakı şəhər mərhələsinə təqdim olunacaq. Müsabiqənin şəhər mərhələsində hər yaş qrupu üzrə 3 qalib seçiləcək.