Gündəm
Rus dilinə niyə xarici dil statusu verilmir?
Azərbaycanda rus dili xarici dil kimi qəbul olunmur. Elə bu səbədən də ölkədə fəaliyyət göstərən bir sıra yerli və transmilli şirkətlərdə sənədləşmə işi rus dilində aparılır. Hətta belə şirkətlərdə müvafiq mərkəzi icra hakimiyyəti orqanları tərəfindən qəbul edilən normativ sənədlər, və nümunələr rus dilindədir.
Ohanyan Sarkisyanı tənqid etdi: "Hakimiyyətə qarşıyam"
Mən xalqın əksəriyyəti kimi bugünkü hakimiyyətə qarşıyam . Bu barədə keçmiş müdafiə naziri, "Ohanyan-Rafffi-Oskanyan" seçki blkounun rəhbərlərindən biri olan Seyran Ohanyan deyib.
Ukrayna 8 Martdan imtina edir
Ukraynada 8 Mart - Beynəlxalq Qadınlar Gününün qeyd olunmaması təklif edilir.
"Qudamı öldürdüm, gəlinsiz toy elədim" - Azərbaycanda film kimi cinayət - VİDEO
"Həmişə həbsə düşmək istəmişəm" Quda qatilindən inanılmaz etiraflar.
Qaranlıq düşən kimi şəhərdə alt paltarında gəzən qızlar peyda olur
Tatarıstanın paytaxtı Kazanda gənc qadınlar gecə saatlarında yola çıxaraq avtomobillərin qarşısını kəsməyə başlayıblar. Yarıçılpaq halda gecə yol kəsən qadınlar sürücüləri dayandıraraq onlaran pul istəyirlər. Qadınların pul istəmə səbəbləri isə bir xeyli marağa səbəb olub.
Yol polisi Bakıda gücləndirilmiş rejimə keçdi
"Bakıda qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar 7 yol qəzası qeydə alınıb". Bunu Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BŞBPİ DYPİ) İctimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib.
Vitse-spiker: "Penitensiarla bağlı sərəncam inqilabi sərəncamdır"
“Azərbaycan prezidenti İlham Əliyevin penitensiar sistemlə bağlı sərəncamını sözün həqiqi mənasında inqilabi hesab edirəm”. Bunu Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov jurnalistlərə açıqlamasında deyib.
Ermənistan ordusu Qarabağda itki verdi
Ermənistan ordusunun daha bir əsgəri ölüb. Fevralın 17-də Qarabağda hərbi hissələrdən birinin əsgəri, 1997-ci il təvəllüdlü Qareqin Ara Arqamanyan dəm qazı zəhərlənməsindən ölüb.
İrəvanda qarşıdurma: Sarkisyanın adamı öldü
Ermənistanda aprel seçkilərinə hazırlıq çərçivəsində rəqiblərinə qarşı mübarizəni sərtləşdirən Qarabağ klanı artıq ilk qurbanını verib. İlk qurban hakim Respublika Partiyasının Artaşat vilayəti üzrə başçısının müavini Qaqik Beqlaryan olub.
Azərbaycanda müəllimlərin attestasiyası aparılacaq
Müəllimlərin attestasiyasının keçirilməsi ilə bağlı Təhsil Nazirliyində İşçi qrup yaradılıb. Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırovlent.az-a bildirib ki, həmin işçi qrupa müvafiq tapşırıqlar verilib: "Tapşırıqlardan biri də müəllimlərin hansısa formada qiymətləndirilməsi və qiymətləndirmənin nəticəsindən asılı olaraq işdə qalıb-qalmamağı məsələsinin gündəmə gətirilməsindən ibarətdir. Hazırda bu prosesin attestasiya ya sertifikasiya formasında icra ediləcəyi tam bəlli deyil".
Əhməd Sami Elaydi Türk Mədəniyyəti və İrsi Fondunda
Azərbaycanı hədələdikdən sonra öldürülən terrorçu kimdir? - ŞOK DETALLAR
Bir neçə gün əvvəl sosial şəbəkələrdə radikal dini təriqətlərdən birinin üzvü olduğu ehtimal edilən terrorçunun Azərbaycanı hədələməsini əks etdirən video yayılmışdı. Çox keçmədən həmin terrorçunun məhv edilməsi barədə mediada xəbərlər yayılıb və onun meyidinin fotoları ictimailəşdirilib.
Qarlı hava ilə bağlı Bakı Avtovağzalından açıqlama
Qarlı hava rayonlardan gələn marşrutların fəaliyyətinə təsir etməyib. Bu barədə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin sahə rəisi Məhəmməd Abdullayev deyib.
Azərbaycan səfiri İtaliya ictimaiyyətinə Xocalı ilə bağlı həqiqətləri çatdırıb
Bir azərbaycanlı kimi baş verənləri bu gün xatırlamaq bir sıra səbəblərdən çox ağrılıdır. Öncə ona görə ki, qətlə yetirilənlər dinc sakinlər olublar və onların yeganə günahı azərbaycanlı olmaları idi. Bu, mənim xalqıma qarşı etnik təmizləmə idi.
Arzu Rəhimov Astarada vətəndaşları qəbul edib
Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov Astara rayonunda Lənkəran şəhərinin, Astara, Lerik və Yardımlı rayonlarının sakinlərinin qəbulunu həyata keçirib. “OLAYLAR”-ın Xidmətə istinadən verdiyi xəbərə görə, qəbulda 38 vətəndaş iştirak edib.














